Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Komitə sədrinin müavini: "Azərbaycanda dini ekstremizmin yayılmasına edilən cəhdlər milli təhlükəsizliyə ciddi təhdiddir"
Komitə sədrinin müavini: "Azərbaycanda dini ekstremizmin yayılmasına edilən cəhdlər milli təhlükəsizliyə ciddi təhdiddir" |
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizm və ekstremizmə qarşı müvafiq dövlət qurumları ilə birgə əsasən ideoloji, inzibati və iqtisadi dayaqların neytrallaşdırılması istiqamətində mübarizə aparır".
Bunu müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Səyavuş Heydərov deyib. S.Heydərov deyib ki, dindən sui-istifadə edən bəzi xarici dairələrin ölkəmizlə bağlı arzuolunmaz maraqlarını nəzərə alsaq, Azərbaycanda dini radikalizm və ekstremizmin yayılmasına edilən cəhdlər ölkəmizin ictimai və milli təhlükəsizliyinə ciddi təhdiddir: "Bu baxımdan dünyada dini zəmində qlobal təhlükəsizlik problemlərinin getdikcə artdığını nəzərə alaraq, bəzi xarici dövlətlərin təsiri altında olan siyasi və dini dairələrin din pərdəsi altında ölkəmizin dini mühitinə müdaxilə cəhdlərinin qarşısının alınması, ən əsası, dindar kontingentin İslam dünyasında gedən mürəkkəb və təhlükəli proseslərdən sığortalanması, o cümlədən radikal dini cərəyanlara qarşı mübarizədə effektivliyin təmin olunması üçün aidiyyəti hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə kompleks işlər görülür". Komitə sədrinin müavini bildirib ki, bəzi xarici ölkələrdəki qeyri-qanuni hərbi birləşmələrə cəlb edilmiş, yaxud belə qruplara rəğbət bəsləyən, analoji pozucu fəaliyyətləri ölkə ərazisində də həyata keçirməyə cəhd göstərən şəxslər barəsində qanunvericilik çərçivəsində adekvat addımlar atılmalıdır. Bu baxımdan təhlükəsizlik orqanları tərəfindən dini ekstremizm və terrorçuluq fəaliyyətinə yönəlmiş şəxslərin müəyyənləşdirilməsi və barələrində təxirəsalınmaz əməliyyat tədbirləri keçirməklə neytrallaşdırılması qaçılmaz olur. O vurğulayıb ki, keçirilən mübarizə tədbirləri təkcə problemin nəticəsinin deyil, öncə onun yaranmasına rəvac verən səbəblərin aradan qaldırılmasına yönəldilib. Bu baxımdan Dövlət Təhlükəsizliyi Xidmətinin son vaxtlar dini ekstremizmə qarşı keçirdiyi tədbirləri yüksək qiymətləndiririk. Belə hallarda qabaqlayıcı tədbirlər keçirmək və qətiyyətli olmaq çox vacibdir. Geri dön |