Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyada ən kiçik kardiostimulyator uğurla implantasiya olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Dünyada ən kiçik kardiostimulyator uğurla implantasiya olunub

Dünyada ən kiçik kardiostimulyator uğurla implantasiya olunub


Amerika alimləri insana dünyada ən kiçik kardiostimulyatoru müvəffəqiyyətlə implantasiya ediblər.

İri vitamin həbindən böyük olmayan qurğu (standart stimulyator ölçüsünün ondabiri boyda) ürək ritminin yavaşıması ilə xarakterizə olunan bradikardiyalı pasiyentlər üçün nəzərdə tutulub. “Mikrotranskateterli qıcıqlandırıcı sistem” (MQS) adlanan stimulyator hazırda bazarda ən mükəmməl kardiostimulyator sayılır.

Kiçik ölçüsü və düşünülmüş sistemi sayəsində səmərəli işləyən bu qurğu implantasiya əməliyyatlarını sürətlə və rahat həyata keçirməyə imkan verir. İmplantasiya düz ürəyə gedən kateter vasitəsilə həyata keçirilir, yəni dəri altına heç bir qurğu yerləşdirilmir.

Yeni qurğu pasiyentin fəallığından asılı olaraq, stimulyasiyanı avtomatik kökləməyə imkan verir. Qurğunun daha bir üstünlüyü budur ki, onun batareyası 10 il ərzində əvəzsiz işləyə bilər. İnsanın hər hansı digər kardioloji qurğuya ehtiyacı olanda, sistem sönür və yeni qurğunun müvəffəqiyyətlə implantasiya olunmasına şərait yaradır.

Geri dön