Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Cümə namazı zamanı oxunan xütbələr necə olmalıdır?
Cümə namazı zamanı oxunan xütbələr necə olmalıdır? |
Bəzi dindarlar cümə namazı zamanı oxunan xütbələrdən narazıdırlar. Buna səbəb kimi isə daha çox xütbələrin təkrarlanması, xütbələrdə insanların maarifləndirilməsinə yönəlmiş fikirlərin az olması göstərilir. Bəs görəsən problemin kökündə nə dayanır? Doğrudanmı məscidlərdə oxunan xütbələr qənaətbəxş deyil?
"Heydər" məscidinin axundu Rüfət Qarayev açıqlamasında işlədiyi məsciddə təkrar xütbələrin oxunmadığını bildirib: "Məscidin fəaliyyətə başlamasından keçən müddət ərzində 60-a yaxın xütbə oxunub. Onlardan da heç birinin məzmunu eyni olmayıb. Adətən, cümə xütbəsi iki hissədən ibarət olur və günün nəbzinə uyğun seçilir. Bu günədək əxlaqi dəyərləri əks etdirən, insanları maarifləndirən xütbələrə yer verilib. Bu hal sadəcə xütbə kitabını əlinə alıb oxuyan, öz üzərində işləməyən axundlara aid ola bilər". Onun sözlərinə görə, xütbələrdə əsas meyar "Quran" kitabı götürülür, eyni zamanda peyğəmbərin hədislərinə əsaslanılır: "Xütbələrin insanlara fayda verəcək forması var. Məsələn, ticarət əxlaqı ilə bağlı xütbə oxunan zaman "Qurani-Kərim"də ticarətlə bağlı olan ayələrdən, peyğəmbərin hədislərindən istifadə edilir. Xütbələrdə müəyyən qısa formalı hekayə, rəvayətlərə də yer verilir. Çünki insanlar bunları sevir və yaddaşda yaxşı qalır. Qafqaz Müsəlmanları İdarəsinin axund və imamlar üçün hər iki məzhəbi əhatə edəcək xütbələr kitabı var və həmin topludan istifadə edilməsi tapşırılıb. Xütbə kitabında əhli-sünnə və əhli-şiənin baxışlarını əhatə edən mövzular yer alıb. Bundan başqa, Məhəmməd Peyğəmbər, 20 Yanvar faciəsi, 31 Mart - Azərbaycanlıların Soyqırımı və s. hadisələrlə bağlı xütbələr var. Axundun öz biliyindən faydalanmasına da qadağa yoxdur və istənilən mövzudan danışanda onun özünün də əlavəsi ola bilər". Geri dön |