Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın adını vərəmin geniş yayıldığı ölkələr siyahısından çıxarıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın adını vərəmin geniş yayıldığı ölkələr siyahısından çıxarıb

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın adını vərəmin geniş yayıldığı ölkələr siyahısından çıxarıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada vərəmin yayılmasına dair növbəti hesabatını açıqlayıb.
ÜST vərəmə yoluxan və bu xəstəlikdən dünyasını dəyişən insanların sayının son on illik ərzində ilk dəfə azaldığı qənaətinə gəlib. Hesabata görə, əgər 2003-cü ildə vərəmdən 1,8 milyon şəxs ölübsə, 2010-cu ildə bu rəqəm 1,4 milyona kimi enib. Hesabatın Azərbaycana aid hissəsində isə bildirilir ki, müalicəyə müqavimətli vərəm növünün ölkədə təqribi artımı ötən illərlə müqayisədə bir qədər enərək 22 % təşkil edib. Müalicə məqsədi ilə istifadə olunan dərmanlar bəzən effekt vermədiyinə görə, vərəmə yoluxan insanların 56 faizi yenidən müalicə olunmaq zərurəti ilə üzləşir. Hesabata görə, ötən il Azərbaycanda 1700 nəfər müalicəyə müqavimətli vərəm növünün daşıyıcı olub. Ölkədə vərəmlə mübarizəyə isə dövlət səviyyəsində ayrılan vəsaitin artımı müşahidə edilir.
Hesabata görə, HİV daşıyıcısı olan şəxslərin həm də vərəmə yoluxması halları Azərbaycanda kifayət qədər aşağıdır və 4 faizi belə aşmır. Xatırladaq ki, əvvəllər Azərbaycan beynəlxalq hesabatlarda vərəmin ciddi problem olduğu ölkələr sırasına aid edilsə də, bu dəfə Azərbaycan vərəmin geniş yayıldığı 22 ölkə sırasına daxil edilməyib.

Geri dön