Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misir telekanallarında Azərbaycan!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Misir telekanallarında Azərbaycan!

Misir telekanallarında Azərbaycan!


Azərbaycanla Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar Misirin aparıcı peyk telekanalları olan “Nil əxbar” və “Masriyya” telekanallarında verilişlər efirə gedib.

Bu barədə Azərbaycanın Misirdəki səfirliyindən xəbər verilib. Aprelin 8 və 9-da Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin iştirakı ilə gedən verilişdə Azərbaycanın zəngin tarixi haqqında məlumat verən səfir Azərbaycanın öz müstəqilliyini ilk dəfə 1918-ci ildə qazandığını və bununla da Şərqin ilk parlamentli respublikasının Azərbaycanda təşəkkül tapdığını qeyd edib. Abdullayev 1920-ci ildə bolşevik işğalına görə Azərbaycanın öz müstəqilliyini itirməli olduğunu tamaşaçıların diqqətinə çatdırıb.
SSRİ-nin dağılmasından sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşması barəsində danışan səfir ermənilərin Azərbaycana qarşı tarixi ərazi iddiaları və Ermənistanın təcavüzü və Azərbaycan torpaqlarının 20 faizinin işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün halına düşdüyünü qeyd edib.
Müasir Ermənistan dövlətinin Azərbaycanın tarixi ərazilərində yaradıldığını xatırladan diplomat BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların qətnamə və sənədlərinə məhəl qoymayan Ermənistanın münaqişənin həlli üzrə qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesi və ATƏT-in Minsk Qrupunun fəaliyyəti haqqında televiziya tamaşaçılarına ətraflı məlumat verib.
Səfir Azərbaycanın açıq, şəffaf və tarazlı xarici siyasət yürütdüyünü və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu qeyd edərək, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.
Abdullayev Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb və Azərbaycanın siyasi, iqtisadi, sosial, elm-təhsil və idman sahəsində əldə etdiyi uğurlarından bəhs edib.
Azərbaycanın neft-qaz strategiyası haqqında danışan səfir respublikanın dünyada ilk neft istehsal edən ölkə olduğunu və ərəb səyyahlarının əsərlərində ölkəmizin neft sərvətləri haqqında çoxsaylı məlumatların yer aldığını bildirib.
Azərbaycanla Misir arasında əlaqələrin antik dövrlərə və erkən orta əsrlərə təsadüf etdiyini qeyd edən diplomat Misirin Afrika ölkələri və ərəb dövlətləri arasında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu nəzərə çatdıraraq, ötən 20 illik dövr ərzində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafı baxımdan böyük məsafənin qət edildiyini vurğulayıb.
Veriliş çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, memarlıq abidləri və iqtisadiyyatı haqqında televiziya tamaşaçılarına maraqlı video süjetlər də təqdim edilib.

Geri dön