Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Bu addım digərlərinə dərs olacaq” MÖVQE
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Bu addım digərlərinə dərs olacaq” MÖVQE

Fərəc Quliyev: “Bu addım digərlərinə dərs olacaq” MÖVQE


Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması çox ciddi məsələdir. Bu, ilk növbədə Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyədə olduğuna işarədir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.

O bildirib ki, çoxları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və bura daxil olan dövlətlərin Azərbaycana qarşı davranışlarını gözləsə də, həyat göstərdi ki, ölkəmizin yürütdüyü doğru siyasət nəticəsində həm Belarus, həm Qazaxıstan, həm də digərləri dövlətimizin yanındadırlar: “Belarus hüququn üstünlüyünə hörmət etməklə, digərlərinə də örnək oldu. Bilirsiniz ki, Azərbaycanla Ukrayna arasında əldə olunan razılaşmaya əsasən, Kiyevin razılığı olmadan oranın separatçı bölgələrindən ölkəmizə mal daxil ola bilməz. Eləcə də Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa mal gedə bilməz. Bu da o deməkdir ki, artıq Azərbaycanın post-sovet məkanında xüsusilə də Dağlıq Qarabağla bağlı məsələlərdə mövqeləri daha da möhkəmlənib”.

Millət vəkili söyləyib ki, Lapşinin ölkəmizə ekstradisiya olunması Azərbaycanın siyasi iradəsini möhkəm və üstün olmasını göstərdi: “Artıq bu addım digərlərinə bir dərs olacaq. Bundan sonra Azərbaycanın icazəsi olmadan ölkəmizin nəzarətindən müvəqqəti olaraq çıxan, düşmən tərəfindən işğal olunan ərazilərimizə kimsə gələ bilməz. Bu artıq şirkətlərə də örnək olacaq. Çünki onlar da ərazilərimizdə qanunsuz istismarla məşğuldurlar. Bu, həm siyasi, həm iqtisadi, həm də dost və düşmənlərimizin kim olması baxımından ciddi məsələdir. Hesab edirəm ki, bu fakt gələcəkdə Azərbaycanın xeyrinə işləyəcək”.

Nailə Məhərrəmova

Geri dön