Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Günəşli” yatağında yeni nasos stansiyaları tikiləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Günəşli” yatağında yeni nasos stansiyaları tikiləcək

“Günəşli” yatağında yeni nasos stansiyaları tikiləcək


SOCAR-ın “Azneft” istehsalat Birliyinin (İB) sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Günəşli” yatağında istismar olunan quyularda lay təzyiqinin sabit saxlanılması məqsədilə iki yeni nasos stansiyasının inşası nəzərdə tutulur.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Yataqdakı 6 və 9 nömrəli dərin dəniz özüllərində yerləşdiriləcək nasos stansiyalarının su tələbatına uyğun yeni dalma nasosları, soyutma və drenaj, nəzarət ölçü cihazları və avtomatika, eləcə də yanğınsöndürmə sistemləri, qaldırıcı mexanizmlər quraşdırılacaq. Özüllərdəki mövcud operator otaqları yenilənəcək, boru xətlərinin üzərində keçid meydançaları inşa ediləcək. İnşaat işləri zamanı ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin olunacaq.

Quraşdırılacaq nasos stansiyalarının gündəlik suvurma gücü 6 nömrəli özüldə 5 min kubmetr, 9 nömrəli özüldə isə 9 min 500 kubmetr təşkil edəcək.

Geri dön