Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Londonda Dövlət Dəniz Administrasiyasının iştirakı ilə dənizçilərin hazırlığının yaxşılaşdırılması müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Londonda Dövlət Dəniz Administrasiyasının iştirakı ilə dənizçilərin hazırlığının yaxşılaşdırılması müzakirə olunub

Londonda Dövlət Dəniz Administrasiyasının iştirakı ilə dənizçilərin hazırlığının yaxşılaşdırılması müzakirə olunub


Londonda Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının iştirakı ilə dəniz qəzalarının araşdırılmasından əldə edilən biliklərin dənizçilərin hazırlığının yaxşılaşdırılmasına tətbiqi yolları müzakirə olunub.

Administrasiyanın mətbuat xidmətindən bildirilib ki, müzakirələr Londonda Beynəlxalq Dəniz Təşkilatının Baş Qərargahında, İnsan amili, təlim və növbəçəkməyə dair Alt Komitənin 4–cü sessiyası zamanı aparılıb.

Dövlət Dəniz Administrasiyasının əməkdaşları Vüsal Mustafayev və Nuri Nuriyevin iştirak etdikləri iclasda dəniz qəzalarının araşdırılmasından əldə edilən biliklərin dənizçilərin hazırlığının yaxşılaşdırılmasına tətbiq edilməsi yolları müzakirə olunub. Alt Komitədə, həmçinin dənizçilərin yorğunluq və yorğunluq riskinin idarə olunmasına dair anlayışların daha da təkmilləşdirilməsi, yorğunluq və yuxu haqqında cari araşdırmaların və yorğunluq hallarının aradan qaldırılmasına dair təcrübələrin əks olunması üçün “Yorğunluğun aradan qaldrılması və idarə edilməsi üzrə Təlimat”ın yenilənməsi və yenidən baxılmasına dair işlər müzakirə edilib. Eyni zamanda, “Balıqçı gəmi heyətinin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair Beynəlxalq konvensiya”ya (STCW-F) ətraflı nəzər salınaraq, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbəçəkməyə dair Beynəlxalq konvensiya”ya (STCW) 2010-cu ildə edilmiş əlavələrin həyata keçirilməsi, Beynəlxalq Dəniz Təşkilatının bir sıra model kurslarının Manila dəyişikliklərinə uyğunlaşdırılması məqsədilə işçi qrupları tərəfindən hazırlanan model kursları müzakirə olunub. Həmin kursların təsdiq olunması üçün Dəniz Təhlükəsizliyi Komitəsinə göndərilməsi barədə qərar qəbul edilib.

Geri dön