Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AİF daha 20 mln. manatlıq istiqraz buraxır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > AİF daha 20 mln. manatlıq istiqraz buraxır

AİF daha 20 mln. manatlıq istiqraz buraxır


Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) istiqraz emissiyasını (AZ2011008680) dövlət qeydiyyatına alıb.
Bu barədə Palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 20 min ədəd faizli ipoteka istiqrazının buraxılışını nəzərdə tutur.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Qiymətli kağızların illik gəlirliliyi 3%, tədavül müddəti 3 600 gündür.
Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.

Geri dön