Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > MDB-də ilk dəfə Azərbaycanda iki canlı donordan xəstəyə qaraciyər və böyrək köçürülüb
MDB-də ilk dəfə Azərbaycanda iki canlı donordan xəstəyə qaraciyər və böyrək köçürülüb |
Hazırda xəstənin vəziyyəti yaxşıdır
Qaraciyər transplantasiya əməliyyatları 2008-ci ildən Səhiyyə Nazirliyinin tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) icra olunur. Azərbaycanda transplantologiyanın tarixi yeni deyildir. Hələ 1971-ci ildə ilk dəfə akademik Mirməmməd Cavadzadə tərəfindən Respublika Uroloji Klinik Xəstəxanasında böyrək transplantasiyası keçirilib. Bu sözləri aprelin 10-da keçirilən mətbuat konfransında MNX-nin baş həkimi Həbib Yüzbaşıyev deyib. Baş həkim bildirib ki, xəstəxanada indiyədək 18 böyrək və 20 qaraciyər transplantasiyalarının icra olunması bunun məntiqi nəticəsidir. Azərbaycan cərrahiyyəsində yeni bir səhifənin açıldığını deyən H.Yüzbaşıyev diqqətə çatdırıb ki, xəstəxanadakı son unikal əməliyyat MDB məkanında ilk dəfə Azərbaycanda keçirilib. Belə ki, aprelin 4-də iki canlı donordan xəstəyə eyni vaxtda qaraciyər və böyrək köçürülüb. Həkimlər Mircəlal Kazımi, Eldar Əhmədov, Elnur Fərəcovun keçirdikləri əməliyyat 24 saat davam edib. Qeyd olunub ki, xəstəxanadakı Qaraciyər Transplantasiya Mərkəzi Avropa Qaraciyər Transplantasiyası Reyestrində fəal qaraciyər köçürülməsini icra edən mərkəz kimi qeyd olunub. Tədbirdən sonra media nümayəndələri üzərində əməliyyat aparılmış xəstəyə baş çəkiblər. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Geri dön |