Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Serj Sarkisyandan Ermənistanı tərk edənlərə ağır ittiham
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Serj Sarkisyandan Ermənistanı tərk edənlərə ağır ittiham

Serj Sarkisyandan Ermənistanı tərk edənlərə ağır ittiham


“Çoxları orduya çağırışdan qaçmaq üçün xaricə gedirlər”

Ermənistan prezidenti Serj Sarkisyan tələbələrlə görüşüb. Davam.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, dövlət başçısı parlament seçkiləri ərəfəsində tələbələrlə təşviqat aparmaq üçün görüşmədiyini desə də, söhbət əsasən seçkidən gedib. O bəyan edib ki, seçicilər bütün seçkiqabağı vədlərə inanmamalıdırlar: “Qarşıdakı parlament seçkiləri çox vacib addımdır. Bizim heç vaxt belə şansımız olmayıb. Biz seçkilərin azad və ədalətli keçirilməsi üçün hər şeyi etməliyik”.

Həm ölkəyə, həm də hakim partiyaya rəhbərlik etməsinə toxunan Serj Sarkisyan deyib ki, siyasi xadimin partiyada işləməsi məntiqəuyğundur: “Hakimiyyət ləzzət deyil. Seçkilərdə qalib gələn qüvvə düzgün işləməlidir”.

Tələbələr Serj Sarkisyandan Ermənistanda aktual olan mövzular - ordudakı vəziyyət, mühacirət problemlər və seçki siyahılarındakı saxtakarlıqlar barədə soruşublar.

Ermənistan prezidenti deyib ki, 2011-ci ildə Ermənistan ordusunda ölüm halları ən aşağı səviyyədə olub: “Sadəcə olaraq, indi ordunun fəaliyyəti çox şəffafdır. Ona görə də əks təəssürat yaranır”.

Serj Sarkisyanın mühacir ermənilərlə bağlı dedikləri isə əsl sensasiya sayılar bilər. O bəyan edib ki, bir çox insanlar qohumlarının və qonşularının gözündən uzaq ölkələrdə işçi kimi çalışır. Amma onun fikrincə, ermənilərin çox hissəsi xarici ölkələrə işləmək üçün yox, Ermənistanda orduya çağırışdan qaçmaq üçün gedir.

Geri dön