Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanı bölən "Türkmən" çayı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Azərbaycanı bölən "Türkmən" çayı

Azərbaycanı bölən "Türkmən" çayı


Türkmənçayın 189 yaşı oldu. Fevralın 10-da Azərbaycanı iki yerə bölən Türkmənçay müqaviləsinin imzalanmasından bu gün 186 il ötür.
Rusiya ilə İran arasında ikinci müharibənin (1826- 1828) yekunlarına əsasən, 1828-ci il fevral ayının 10-da Çar Rusiyası və İran arasında bağlanan bu müqaviləyə əsasən Azərbaycan torpaqlarının Araz çayından Şimal hissəsi Çar Rusiyasının, Cənub hissəsi isə Şah İranının əsarətinə keçdi. Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya generalı İvan Paskeviç və İran şahzadəsi Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilmişdir.
Müqavilənin imzalanmasında məşhur rus yazıçısı Qriboyedov və tarixçi-yazıçı Abbasqulu ağa Bakıxanov iştirak etmişdir. Bakıxanov burda tərcüməçi olmuşdur. Türkmənçay müqaviləsi Azərbaycan tarixində qanlı səhifələrdən biridir. Bu müqavilə Azərbaycan ərazisinə Azərbaycanın tarixi taleyinə bütövü, tamı bölən, Azərbaycanı parçalayan, ərazilərimizə qəsd edilən bir tarixi məqamdır. Çünki zaman öz hökmünü vermişdi, Azərbaycan müstəqil feodal xanlıqları formasında mövcud idi.
Hər bir xanlıq orta əsrlərin feodal dövlətlərindən idi. Belə bir məqamda İranla Rusiya bu müstəqil feodal dövlətləri tutmaq qərarına gəldilər. Nəticədə, tamamilə özlərinə məxsus olmayan ərazi uğrunda vuruş başlanmış və Azərbaycan torpaqlarını öz aralarında bölmüşdülər. Tarixən nə Rusiya, nə İrana dəxli olmayan, əksinə Böyük Səfəvi dövlətinin bir parçası olan bu feodal dövlətlər bölünmüş və Azərbaycanın Şimalı və Cənubu ifadəsi yaranmışdı.
Əslində bu, Rusiyanın Pyotr dövründən qalma siyasətinin bilavasitə davamı idi və burda hələ I Pyotr vəsiyyətlərində ifadə olunmuş müəyyən məqamlar öz əksini tapmışdı. Müqavilədə İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.
Yəni ermənilərin Azərbaycanda yerləşdirilməsi üçün münbit siyasi şərait yaranmışdı və Türkmənçay müqaviləsinin təbəə alış-verişi, yəni insan dəyişməsi maddələri burda Azərbaycanın bugünkü taleyinə təsir edən məqamları yaratmışdı. Belə ki, bu müqavilənin şərtləri əsasında İrandan 40 min, Türkiyədən 84 min erməni Azərbaycana köçürüldü. Beləliklə, Azərbaycana elə bir tarixi zülm edildi ki, indi də bu zülmün qarşısında Azərbaycan xalqı əziyyət çəkir.
Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatmışdı. Bütünlükdə bu müqavilə 16 maddədən ibarətdir. Qarabağın işğalı əslində elə bu “sülh” müqaviləsinin imzalanması ilə başlanmışdır.
Bundan sonrakı tariximizin hər vərəqində qanla, qadayla yanaşı qəhrəmanlıq, şəhidlik zirvələri də ucalmışdı.

Geri dön