Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycandan Dünya Bankına tələb - Bəzi erməni bankları ilə əməkdaşlığı dayandırın!
Azərbaycandan Dünya Bankına tələb - Bəzi erməni bankları ilə əməkdaşlığı dayandırın! |
Dünya Bankı Azərbaycanla əməkdaşlığını genişləndirəcək.
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətləri olan Ermənistan bankları və şirkətlərinin Dünya Bankının layihələri çərçivəsində hər hansı işlərə və xidmətlərə cəlb olunması yolverilməzdir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşündə bildirib. Nazirlikdən verilən məlumata görə, görüşdə nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətləri olan Ermənistan bankları və şirkətlərinin Dünya Bankının layihələri çərçivəsində hər hansı işlərə və xidmətlərə cəlb olunmasının yolverilməz olduğunu vurğulayıb. Görüşdə həmçinin, Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, eləcə də dünya iqtisadiyyatındakı qeyri-sabitlik və neqativ tendensiyaların Azərbaycan iqtisadiyyatına mümkün təsirlərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb. Ş.Mustafayev qeyd edib ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində indiyədək 51 layihə həyata keçirilib. Bu layihələrdən 40-ı artıq başa çatıb. Nəqliyyat, su təchizatı və kanalizasiya, sosial, kənd təsərrüfatı sahələrini əhatə edən 11 layihənin icrası isə davam etdirilir. Dünya Bankı ilə birgə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub, "Abşeron göllərinin bərpası" layihəsi üzrə isə Dünya Bankı ilə birgə iş aparılır. Nazir Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu TANAP layihəsinin enerji sektorunun inkişafı baxımından vacibliyini və bu layihəyə davamlı dəstəyin göstərilməsinin önəmini vurğulayıb. Azərbaycanda qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığa göstərilən dəstək tədbirləri, bu sahədə həyata keçirilən islahatlar barədə məlumat verən iqtisadiyyat naziri Dünya Bankı tərəfindən özəl sektora maliyyə dəstəyinin davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bundan başqa, kənd təsərrüfatı, sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında peşə təhsili sahəsində əməkdaşlıq Azərbaycan üçün maraqlı istiqamətlərdəndir. Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti tərəfindən qəbul edilməsinin və bir sıra sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələrin aparılmasından məmnunluğunu ifadə edib. Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrə dair fikirlərini bölüşən S.Müller bir sıra layıhələrin, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin uğurlu icrasını müsbət qiymətləndirib, Bankın ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlığını genişləndirəcəyini bildirib. Geri dön |