Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Bütöv Azərbaycana doğru
Bütöv Azərbaycana doğru |
Tarix boyu müxtəlif xalqlar təcavüzkar ölkələrin şəxsi mənafelərinin qurbanı olaraq bir sıra ədalətsiz qərarlarının acısını çəkməyə məhkum olmuşdular. Bir xalq üçün ən böyük faciələrdən biri isə ayrı-ayrı hissələrə bölünmək və bu ayrılığın vüsal həsrəti ilə yaşamaqdır. Belə ədalətsiz hadisələrin tarix boyu dəfələrlə şahidi olmuşuq. Polşa, Koreya, Vyetnam, Almaniya və s. ölkələrin adını çəkmək olar ki onlar da nəhayət ki öz nicatlarına qovuşmuş və çox az hissəsi (Koreya) buna nail olmaq üzərədirlər. Fəqət bir xalq da vardır ki tarix heç də onun üzünə gülmür ki, gülmür - bu Azərbaycandır. Nəinki dünya ictimaiyyəti hətta bir çox dünya tarixçiləri təəssüflər olsun ki bu haqda məlumatsız və ya az məlumatlıdırlar. Fəqət Araz çayının o tayında və bu tayında (Guzeyində və Güneyində) yaşayan oğuz soylu, türk mənşəli xalq bu acı taleyi unutmur və heç bi zaman bununla barışmır. Buna bariz nümunə isə zaman-zaman hər iki tərəfdə bu birliyə doğru atılan ümummilli addımlardır. Hansılar haqda ki biz məqalədə qısa da olsa toxunacayıq.
1813 və 1828-ci illərdə Qacar şahlığı və Rusiya imperiyası arasında müvafiq olaraq imzalanan Gülüstan və Türkmənçay müqavilələri tarixi ədəbiyyatlarda rəsmən bu bölünmənin əsasını qoydu. Fəqət nəzərə alsaq ki Qacar şahlığı indiki dövrdə iran dövləti kimi qələmə verilsə də Azərbaycan türklərinin qurduğu bir dövlət idi, o zaman Güzey Azərbaycanın (Arazdan Güzeydə olan torpaqların) Rusiya tərəfindən işğalı kimi qiymətləndirmək olardı. Fəqət 1925-ci ildən başlayaraq bu dövlətin başına fars mənşəli Pəhləvilərin hakimiyyətə gəlməsi və dövlətin İran dövlətinə çevirməsi artıq Azərbaycanın bir dövlət kimi həqiqətən də siyasi səhnədən silinməsi və iki imperialist dövlətin tərkibinə (İran Şahlığı və Sovet Rusiyası) qatılması demək idi. XIX əsrin 2-ci yarısından etibarən həm güneydə, həm də güzeydə siyasi oyanışla əlaqədar o dövrün ziyalıları "azad və vahid Azərbaycan” haqqında düşünməyə başladılar. Təbii ki bəhs olunan dövrdə milli oyanış daha çox ziyalılar, daha doğrusu maarif və poeziya sferasında baş verirdi. Milli oyanış prosesi tarix boyu həmişə güzeydə daha sürətlə inkişaf etmişdir. Və daim güzeyin təsiri ilə bu proses güneydə də öz təsirini biruzə vermişdi. Buna səbəb güzeyin az da olsa Rusiya vasitəsi ilə inkişaf etmiş avropa dünya görüşü ilə yaxından tanış olması və güneydən fərqli olaraq dini və etnik baxımdan tamamilə yad olan bir xalqın əsarəti altında yaşaması idi. Güzeydə həm milli, həm də fəlsəfi-fikri oyanışın rolunda M.F.Axundovun adı ilə başlamasaq günah olardı. Məhs onun yaradıcılığına nəzər salsaq, görərik ki onun əsərlərində bəhs etdiyi hadisələr həm güzey, həm də güney Azərbaycanı əhatə edir. M.F.Axundovun ədəbi təsiri ilə də cənubda da oyanış prosesi getdi. Onun güneydə ardıcılları M.Ə.Talıbov, Z.Marağayi kimi şəxslər olmuşdur. Bu hadisələr ilk dəfə olaraq XIX əsrin II yarısında hər iki Azərbaycanın arasında milli-mənəvi əlaqələrin kəsilməməsini və əlaqəli olaraq inkişafını göstərirdi. XIX əsrin sonları XX əsrin əvvəllərində Türkçülük ideyalarının yaranması və yayılması ilə bir çox ziyalıların siyasi şüurunda Vahid Azərbaycan ideologiyasını oyatmağa başlamışdır. Təsadüfü deyil ki bəhs olunan dövrdə artıq bir çox siyasi xadimlər Güzey Azərbaycanın Qacarlar dövlətinə qaytarılmasının tərəfdarı idilər. məsələn ümumdünya türk tarixinin ən radikal türkçüsü dahi Əhməd bəy Ağaoğlu uzun müddət öz siyasi görüşlərində Qızılbaş dövlətinə meilli olmuşdur. Bunu onun Fransada təhsil olarkən müəllifi olduğu məqalələr və konfransdakı çıxışları da sübut edir. Fəqət o, Osmanlıya gələrək bir müddət burada yaşadıqdan sonra gənc türklər ideyaları ilə tanış olmuş və bir dəfəlik əski ideologiyasından əl çəkərək vahid Turançılıq ideyasının əbədi fədaisinə çevrilmişdir. Bu qəbildən Məhəmməd Əmin Rəsulzadəni də misal göstərmək olar. Bu şəxs isə öz siyasi fəaliyyətini həm Güzey, həm də Güneydə təşkil etmişdir. Demokratiya, Sosializm və Türkçülük tərəfdarı olan bu şəxs hər iki Azərbaycanda baş verən siyasi prosesləri izləmiş, öz tövhələrini vermiş və heç bir zaman köməyini əsirgəməmişdir. XX əsrin əvvəllərində bütün dünyada siyasi proseslər dəyişməkdə idi. O cümlədən də Rusiya imperiyasında vəziyyət daha mürəkkəb idi. "Xalqlar həbsxanasında” nəinki irticaçı mütləqiyyətə qarşı, həm də rus ağalığına qarşı hərəkatlar siyasi mücadilələr kəskinləşirdi. Sənayenin ən çox inkişaf etdiyi Güzey Azərbaycanda bu proseslər özünü daha aqressiv göstərməyə başlamışdı. Artıq burada Azərbaycan türkləri öz milli partiyalarını yaradır, Rusiya imperiyasından milli haqlarını tələb edirdilər. 1905-1906-cı illər ərzində keçirilən "ümumrusiya müsəlmanları qurultayında” hamıya bəllidir ki Azərbaycan nümayəndələri digərlərindən fərqli olaraq daha geniş haqlar istəməklə yanaşı, federasiyon yaradılmasını tələb edirdilər. belə siyasi fəallıq dərhal özünü Güney Azərbaycanda biruzə verməli idi. Məsələn 1905-1911-ci illərdə bütün Qacar dövlətini bürümüş "məşrutə” (anayasa) inqilabının əsas mərkəzi Güney Azərbaycan olmuşdur. Fəqət uzun müddət bu inqilab Güneylilərin milli haqları uğrunda mübarizəsi formasına çevrilməmişdir. Bu hərəkat sadəcə milliyyətindən asılı olmayaraq sosial-demokratların siyasi quruluş uğrunda mübarizəsi olmuşdu. Fəqət istənilən halda bu hərəkat Güney Azərbaycanlılarının siyasi ideologiyasını formalaşdırmışdı. "I Cahan Savaşının” başlaması ilə Azərbaycan tarixinin səhnəsində yeni era başladı. Güzey Azərbaycanda açıq-aşkar Osmanlıya meyillilik hiss olunurdu, elə bu üzdən də bu müharibədə düşmən olduğu Osmanlıyla Azərbaycan türklərinin əlaqəsini kəsmək üçün böyük projelər cızmağa başladı. Qacar dövləti rəsmən bu müharibədə iştirak etməsə də ərazisi rəqib ölkələrin döyüş meydanına çevrilmişdi. Ən qaynar mübarizə meydanı isə təbii ki Güney Azərbaycan idi. Bu ərazilərə 1914-cü ildə Osmanlı, 1915-ci ildə isə Rusiya və onun ardınca İngiltərə öz ordusunu yeritmiş oldu. Təbii ki Güneydə də Osmanlıya açıq aşkar meyillilik hiss olunmaqda idi. Rusiyanın Osmanlını məhv etmək arzusu 1917-ci il Fevral inqilabı ilə ürəyində qalmış oldu. bu elə bir partlayış oldu ki Rusiya imperiyasını tam olaraq iflic etdi və çökdürdü. Nəticə etibari ilə imperiyada xalqlar öz müqəddəratını özləri bildiyi kimi həll etmək qərarına gəldi. Bir çox xalqlar özlərini hələ siyasi quruluşu bəlli olmayan Rusiyanın tərkibində muxtar respublikalar kimi görürdü. Fəqət Latviya, Litva, Estoniya, Polşa, Finlandiya, Gürcüstan və Güzey Azərbaycan öz gələcəyini süveren təsəvvür edirdi. Həmən ildən etibarən yaradılan Zaqafqaziya dövlətinin yarandığı gündən yaxın gələcəkdə dağılacağı bəlli idi. Ona görə ki etnik baxımdan tamamən bir-biri ilə əlaqəsi olmayan Azərbaycan, Gürcü və Erməni xalqları bir dövlət arasında yaşamaları qeyri-mümkün idi. Hələ nəzərə alsaq ki Ermənilərin Azərbaycan və Osmanlı ərazilərində törətdikləri qətliyamlar, separatizm və terror ümumiyyətlə Türklər tərəfindən qəbul edilməz idi. Elə bu səbəbdən də 1918-ci ilin mayında Gürcü və Azərbaycan fraksiyaları Zaqafqaziya seyminin dağıdılması, müstəqil dövlətlərin yaradılmasını qərara aldılar. Yeri gəlmişkən diqqətinizə çatdırım ki 1917-ci il Fevral inqilabından sonra Güney Azərbaycanda İran Demokrat Partiyasının Azərbaycan əyalət komitəsinin siyasi tələbləri genişləndi. Artıq Güney Azərbaycan türkləri də milli muxtariyyət tələblərini irəli sürmüşdülər. Əslində buna səbəb Güzeydə Azərbaycan xalqının siyasi uğurları idi. Bu uğurlar ildırım sürəti ilə öz təsirini Güneydə verirdi. 1917-ci ilin mayından etibarən İDP AK-i ayrılaraq müstəqil Azərbaycan Demokratik Partiyasına çevrildi, hansının ki başında Ş.M.Xiyabani dururdu. Bu dövrdə Güzeydə M.ƏRəsulzadənin liderliyi ilə nəhayət ki suveren Azərbaycan Cümhuriyyəti yaradıldı (1918-ci il 28 may). M.Ə.Rəsulzadə və o dövrün hökümət xadimləri yeni yaradılan dövləti Azərbaycan adlandırmaları təsadüfü deyildi. Beləki coğrafi məfhum olan bu söz əslində Güney Azərbaycanın tarixi adıdır. Fəqət həm Güney Azərbaycanda, həm də Güzey Azərbaycanda yaşayan xalq Oğuz Türkləridir. Hansılar ki uzun müddət, hətta Sovetlər zamanında da (Stalin represiyalarına qədər) kimliklərində milliyyətləri Türk olaraq yazılırdı. Azərbaycan adının Güzeydə yaradılan yeni türk cümhuriyyətinin adlandırılması isə, əslində obu qərarı verən zıyalılarımızın uzaqgörənliyi idi. Bununla həm Güney Azərbaycanlıların siyasi oyanışına, həm də milli kimliklərinin dərk etmələrinə səbəb olurdu. Fəqət yeni yaranan dövlət iqtisadi, hərbi və siyasi zəifliyi ucbatından Güzeydə bir sıra torpaqlarını itirmiş oldu. Məsələn ruslar tərəfindən silahlandırılan ermənilərin terror və qırğınlarına son qoymaq üçün İrəvan yörələrini (o zamanlar İrəvan quberniyası) güzəştə getməli oldu (qeyd edək ki İrəvan Erməni milli hökümətinə AXC tərəfindən 90 illik müddətə icarəyə vermişdir). Gürcüstanla Azərbaycan arasında qalan Borçalı-Pəmpək torpaqları sonuna qədər mübahisəli qalmışdır. Dərbənd və Qasımkənt yörələri isə yeni yaradılan Dağıstan Cümhuriyyətinin tərkibində qalmaqda idi. Fəqət hər şeyə rəğmən artıq Azərbaycanın türkləri özlərinin milli kimliyini dərk etməklə yanaşı, müstəqil dövlətlərinin də olduğunu bilirdilər. Güzeydə 1918-ci ildə yaradılan Azərbaycan adlı dövləti hamıdan çox Qacar dövlətini narahat etmişdir. Artıq irticaçı rejim olan və farslaşmış Qacar dövləti özünün son illərini yaşayırdı. Və bunu hiss edən bu dövlət Azərbaycanın daha çox ona təhlükə törədəcəyini duyurdu. Belə ki Güzeydən gələn azadlıq dalğası Güneyə öz təsirini hələ 1917-ci ildə büruzə vermişdi. 1917-1920-ci illəri əhatə edən Güney Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə baş verən ümumxalq hərəkatı məhs Güzeydə gedən siyasi proseslərin bəhrəsi idi. Düzdür, bu hərəkat Səttərxan hərəkatından milli oyanışı ilə fərqlənirdi, ümumilikdə isə əvvəlki tək yenə də hərəkat mütləqiyyətə qarşı yönəlmişdir. Ş.M.Xiyabani milli məsələləri də qabardaraq muxtariyyət statusuna iddiya etdi. Bununla əlaqədar olaraq Güney Azərbaycanın bütün əyalətlərində (Maku istisna olmaqla) İnqilabi Komitələr yaratdı. Tezliklə müvəqqəti hökümət təsis edərək yeni yaradılan dövləti Azadistan adlandırdı. Hərçənd ki mənim fikrimcə belə bir mənasız addansa yenicə işğal edilmiş Güzey Azərbaycanın adını Güneydə təkrarən yaşatmaq daha məqsədə uyğun olardı. Düzdü hələ AXC 1920-ci ildə çökməmişdən qabaq Azadıstan nümayəndələri ilə dəfələrlə görüşmüş Ümummilli məsələlər barədə müzakirələr aparmışdılar (diqqətinizə çatdıraq ki bəhs olunan dövrlərdə AXC-in konsulluqları Güney Azərbaycanın bir sıra şəhərlərində fəaliyyət göstərirdi). Fəqət tale o dövrdə hər iki Azərbaycanın üzünə gülmədi. Əvvəlcə AXC 1920-ci ilin Aprelində Qızıl Ordu tərəfindən süquta uğradılaraq işğal edərək 70 il ərzində Totalitar rejimli Rus-Sovet imperiyasının tərkibinə qatıldı, daha sonra isə həmən ilin Sentyabrında Britaniya silahlı qüvvələrinin yardımı ilə Güney Azərbaycandakı milli hökümət süquta uğradılaraq Qacarların və nəhayət Qacarları devirən şovinist fars Pəhləvilərin hakimiyyəti altına düşdü. II Cahan Savaşına qədər olan bir dövrdə həm Güzeydə, həm də Güneydə Azərbaycan xalqına qarşı edilən represiyalar nəticəsində müvəqqəti olaraq, bu xalqın qovuşmaq arzularını qəlblərində boğmuş oldu. fəqət II Cahan Savaşının başlaması ilə dünyanın siyasi mühütü yenidən dəyişməyə başladı. Bu dəfə tarix səhnəsinə güzeydə Mircəfər Bağırov, güneydə Seyid Cəfər Pişəvəri, mühacirətdə isə M.Ə.Rəsulzadə və Əbdürrəhman bəy Fətəlibəyli-Düdəngimski çıxdı. M.Bağırov özünün SSRİ hakimiyyəti yanında olan nüfuzundan istifadə edərək Güney Azərbaycana suverenlik qazandırmaq və ASSR-ə birləşdirmək planı var idi. Eyni planı S.C.Pişəvəri də düşünür və M.Bağırovla əlaqəli hərəkət edərək Sovet qoşunlarının köməyindən faydalanmaq niyyəti ilə siyasi dəsti-xətdə kommunizmi əsas seçmişdir. Mühacir qüvvələr isə Faşist Almaniyasına arxalanaraq, onun maraqları daxilində vahid Azərbaycan yaratmaqda israrlı idilər. Fəqət çox keçməmişdir ki M.Ə.Rəsulzadə Almaniyanın imperialist siyasətinə görə bu koalisiyanı tərk etmişdir. İstənilən halda hər üç qüvvə siyasi baxışlarında fərqlənsələr də ümumi məqsədləri "Vahid Azərbaycan” yaratmaq idi. Məlum olduğu kimi Stalinin və onun ətrafındaki ermənilərin maneçiliyi ilə hər iki Azərbaycanı vahid sovet dövləti halında birləşdirmək cəhdi puça çıxdı. Sovetlərin Azərbaycan məsələsində ikibaşlı siyasəti və biganəliyinə etiraz edən S.C.Pişəvəri tezliklə xüsusi xidmət orqanlarının əli ilə avto-qəzada öldürüldü (1947), M.Bağırov isə hakimiyyətinin son illərinə qədər siyasi intriqalara məruz qalmaqla nəhayət sürgünə göndərildi (1956). Fətəlibəyli isə müəyyən müddət mühacir fəaliyyətini davam etdirmiş və nəhayət o da Sovet xüsusi xidmət orqanlarının əli ilə 1954-cü ildə qətlə yetirilmişdi. Bu saydığımız siyasi liderlərdən təkcə M.Ə.Rəsulzadə hələ müharibənin ortalarında ikən Türkiyəyə dönmüş, qalan ömrünü diaspora fəaliyyətinə sərf etmişdi. Beləcə yenidən bir müddətlik Azərbaycan xalqının azadlıq və vahidlik eşqini söndürə bildilər. Fəqət ara-sıra bu məsələ haqqında mediyada, şair və yazıçıların əsərlərində və ən əsası xalqın gen yaddaşında unudulmur və zaman-zaman xatırlanırdı. Müəyyən dövrdə M.Bağırov Azərbaycanın digər əraziləri olan Göyçə, Dərələyaz, Zəngəzur, Borçalı, Dərbənd və Qasımkənd ərazilərini ASSR-nə birləşdirilməsi məsələlərini qabartmış. Və ya İmam Mustafayevin katibliyi zamanı milli problemlər qabardılaraq həll olunmasına səy göstərilmişdir. 1960-cı illərin sonlarından etibarən eks-prezident Əbülfəz Elçibəyin milli oyanışa xidmət edən fəaliyyətləri mühüm bir rol oynamışdı. Fəqət bütün bunlara millətçilik damğası vurularaq amansız təqiblərə məruz qoyulmuşdur. 1978-79-cu illərdə İranda baş verən "İslam inqilabı” isə bir irticaçı rejimin digər irticaçı rejimlə əvəz olunmasından başqa bir şey olmadı. Yalnız 1990-cı ildə Güzey Azərbaycanın müstəqillik əldə etməsi və 1992-93-cü illərdə Ə.Elçibəyin prezidentliyi dönəmində Vahid Azərbaycan yaradılması məsələsi yenidən gündəmə gəldi. Və elə o günlərdən müxtəlif xarici təzyiqlərə baxmayaraq Azərbaycan xalqı bu tarixi ədalətsizliyə son qoymaq məqsədi ilə ümummilli mücadiləsini durmadan aparmaqdadır. Yazar: Barış Cavid Geri dön |