Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Stomatoloji Mərkəz: Əmziklər və şirniyyatlar uşaqların ağız boşluğunda fəsadlar yaradır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Stomatoloji Mərkəz: Əmziklər və şirniyyatlar uşaqların ağız boşluğunda fəsadlar yaradır

Stomatoloji Mərkəz: Əmziklər və şirniyyatlar uşaqların ağız boşluğunda fəsadlar yaradır


Bəzən valideynlər uşağı sakitləşdirmək üçün əmzikdən və şirniyyatdan istifadə edirlər. Bundan əlavə, uşaqlara lazım oldu-olmadı kalsium preparatları verilir. Uşaqlara əmzik, şirniyyat, vitaminin özünün çox verilməsi ağız boşluğunda müəyyən fəsadlar yaradır”.
Bunu Respublika Uşaq Stomatoloji Mərkəzinin Ortodontiya şöbəsinin müdiri Bürhan Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Həkim əmziklərdən imkan daxilində istifadə etməyi tövsiyə edib: “Bu, çənə sistemində və dişlərdə problemlərin əmələ gəlməsinə səbəb olur. Valideynlərin bu problemlərdən xəbərsiz olduğu üçün əmziyə üstünlük verirlər”.

Uşaqlarda yaranan ağız boşluğu problemləri barədə danışan mütəxəssis qeyd edib ki, ağız boşluğunda olan eybəcərliklər vaxtında aşkar olunarsa, onları tez aradan qaldırmaq mümkündür: “Çənə quruluşunda olan problemləri 12 yaşa kimi aradan qaldırmaq olur. Uşaqlarda olan problemlər 10 yaşa kimi daha tez və uğurlu həll olunur. Problemlərin qarşısı vaxtında alınmadıqda sonradan cərrahi müdaxilələrə ehtiyac yaranır”.

Geri dön