Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirindəki rəqibləri müəyyənləşib
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirindəki rəqibləri müəyyənləşib |
Fransanın paytaxtı Parisdə fevralın 11-də start götürəcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkü atılıb.
Azərbaycanı 5 çəkidə təmsil edəcək 7 cüdoçunun püşk nəticəsində ilk rəqibləri müəyyənləşib. Onların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. İlk yarış günündə 60 kq çəki dərəcəsindəki Orxan Səfərov 1/16 finalda cənubi koreyalı İn Hyuk Çoyla qarşılaşacaq. 66 kq çəkidə yer alan Nicat Şıxəlizadə eyni mərhələdə Daqa Qinq (Çin) - Honq Nin Mak (Honq Konq) görüşünün qalibi ilə üz-üzə gələcək. 73 kq-da Avropa çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov 1/16 finalda Yeldos Jumaxanov (Qazaxıstan) - Matyö Littl Lebreton (Fransa) cütünün qalibinə rəqib olacaq. Eyni çəkidəki Hidayət Heydərov isə honq konqlu Kvok Uinq Li ilə qüvvəsini sınayacaq. Fevralın 12-də isə daha 3 cüdoçu tatami üzərinə çıxacaq. 100 kq çəkidə "Rio-2016"nın gümüş mükafatçısı Elmar Qasımov portuqaliyalı Jorje Fonseka, dünya çempionu Elxan Məmmədov Sedrik Olivar (Fransa) - Kentara İida (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq. 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə cənubi koreyalı Kyeonqtae Kimlə üz-üzə gələcək. Qeyd edək ki, "Böyük Dəbilqə"də 61 ölkədən 412 cüdoçu mübarizə aparacaq. Geri dön |