Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > OPEK-in neft sövdələşməsi təhlükədə - İran cığallıq edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > OPEK-in neft sövdələşməsi təhlükədə - İran cığallıq edir

OPEK-in neft sövdələşməsi təhlükədə - İran cığallıq edir


Neft hasilatının azaldılması ilə bağlı OPEK ölkələrə və sindikata daxil olmayan ölkələr arasında imzalanmış müqavilə pozulmaq təhlükəsi ilə üzləşib.


Buna səbəb İranın öz kvotasını artırmaq niyyəti vəı digər ölkələri isə hasilatı azaltmağa çağırmasıdır.


Belə ki, İranın neft naziri Bijan Namdar Zanqani ilin ikinci yarısında hasilatın daha az azaldılmalı olduğunu deyib. OPEK-ə daxil olmayan ölkələr sutkalıq hasilatı ümumilikdə, 588 min barel (bunun 300 min bareli təkcə Rusiyanın payına düşür) azaltmağı üzərinə götürüb. Amma bundan əvvəl, Qərb sanksiyalarından zərər çəkdiyi üçün OPEK ölkələrinin neft sövdələşməsində İrana hasliatı azaltmamaq imkanı verilib. Lakin Tehran hasilatı azaltmamaqla yanaşı, onun üçün nəzərdə tutulmuş 3,8 milyon barellik neft kvotasını da keçmək istəyir. Nazir Namdar Zanqani sutkada 4 milyon bareldən çox “qara qızıl” çıxarmağı hədəflədiklərini bildirib.


Bu isə OPEK-ə daxil olan və olmayan bütün sövdələşmə tərəflərinin hasilatı artırmasına və neft bazarında əldə olunmuş koordinasiyanın pozulmasına yol aça bilər.

Geri dön