Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Musiqili Teatrda premyera oldu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa > Musiqili Teatrda premyera oldu

Musiqili Teatrda premyera oldu


Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası təqdim olunub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" -a bildirib ki, böyük dramaturq, Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin "Mənim günahım" pyesi və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin musiqiləri əsasında hazırlanan səhnə əsərinin ilk tamaşasında ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimlər, tanınmış sənət adamları, xarici səfirliklərin nümayəndələri iştirak ediblər. Anşlaqla keçən tamaşa böyük diqqət və marağa səbəb olub, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadı. Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara Qarayevin "Yeddi gözəl" baletindən və digər əbədiyaşar musiqilərindən istifadə olunması İlyas Əfəndiyevin məşhur lirik-psixoloji dramının tamaşaçılara fəqrli rakursdan təqdim edilməsində xüsusi rol oynayır. Tamaşanın bədii tərtibatında müasir texniki üsullardan, çağdaş texnoloji vasitələrdən istifadə edilib. Əsər sənətini sevən, bütün varlığıyla sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir.

Geri dön