Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Alimlər: Barmaqdan qan analizi dəqiq olmur
Alimlər: Barmaqdan qan analizi dəqiq olmur |
ABŞ alimləri bildirirlər ki, barmaqdan qan analizi heç də özünün doğrultmur. Çünki təhlil üçün lazımi qədər qan olmur. Bu da səhv nəticələrə gətirib çıxarır. Vistanews portalı xəbər verir ki, alimlər 2 min könüllünün qan nümunələrinin göstəricilərini yoxladıqdan sonra bu qənaətə gəliblər.
ABŞ-ın Rays Universitetinin elmi əməkdaşları xəstələrin sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün istifadə olunan müxtəlif qan analizlərinin səmərəlilik səviyyəsi üzrə eksperimentin nəticələrini dərc ediblər. Amerikalılar iddia edirlər ki, iki damcı qan hemoqlobinin, trombositlərin və leykositlərin sayının müəyyən edilməsi üçün kifayət etmir və yanlışlıqlara yol açır. Dəqiq məlumat almaq üçün ən azı 6 damcı qan lazımdır. Bununla yanaşı, alimlər barmaqdan qan analizinin şəkərli diabet və 40 faiz yoluxucu xəstəliklərin müəyyən edilməsində effektli olduğunu bildirirlər. Geri dön |