Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Əli bəy Hüseynzadənin dünyagörüşündə Türkçülük və Turançılq” mövzusunda növbəti diskussiya
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > “Əli bəy Hüseynzadənin dünyagörüşündə Türkçülük və Turançılq” mövzusunda növbəti diskussiya

“Əli bəy Hüseynzadənin dünyagörüşündə Türkçülük və Turançılq” mövzusunda növbəti diskussiya


11 fevgral 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə “Əli bəy Hüseynzadənin dünyagörüşündə Türkçülük və Turançılq” mövzusunda növbəti diskussiya keçirildi.
Tədbiri giriş sözü ilə BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli açdı. O, Əli bəy Hüseynzadənin bir mütəfəkkir kimi tariximizdə çox önəmli yer tutduğunu qeyd edərək onun “Qafqazlıyıq, Türkük–Turanlıyıq, Müsəlmanıq və İnsanıq” fikrini xüsusi vurğuladı.
Sonra söz tədbirə mövzu üzrə məruzəçi kimi dəvət edilmiş tarixçi alim Hakim Qənbərliyə verildi. H. Qənbərli öncə Ə. Hüseynzadənin və milli fikir və milli hərəkat tariximizdə xidməti olmuş digər mərhum şəxsiyyətlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini tədbir iştirakçılarından xahiş etdi. Sayğı duruşundan sonra H.Qənbərli Ə.Hüseynzadənin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi: “Ə.Hüseynzadə hələ 1875-1885-ci illərdə Tiflis Gimnaziyasında oxuyarkən, ərəb, fars və rus dillərini bildiyi halda yunan və latın dillərini də öyrənmişdir. 1885-89-cu illərdə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində oxuyarkən isə ingilis, fransız və alman dillərini öyrənmişdir. O, bu dövrdə həmçinin rəssamlıq kursuna da getmişdir. 1889-cu ildə universiteti bitirdikdən sonra təqiblərdən yayınaraq Azərbaycana qayıdir. Həmin il Türkiyəyə gedərək hərbi tibb məktəbinə daxil olur. Eyni ildə “İttihad və Tərəqqi” təşkilatını ilkin yaradanlardan və hətta onun ideya müəlliflərindən biri olur. Daha sonra həmin məktəbdə professor köməkçisi vəzifəsində çalışır. Beləliklə Ə.Hüseynzadə riyaziyyatçı, hərbçi, həkim, ədib, tarixçi və b. peşələrini özündə birləşdirmişdir. O, 1903-10-cu illərdə Azərbaycanda fəaliyyət göstərmiş, 1910-cu ildən vəfatına qədər Türkiyədə yaşamışdır. Ə.Hüseynzadə üçrəngli bayrağımızın ideya müəllifidir. O, Turançılıq ideyasını hələ 1892-ci ilə yazdığı şeirdə ifadə etmişdir. Ə.Hüseyzadə yaşadığı dövrdə Azərbaycan və Türkiyədə baş verən önəmli ictimai-siyasi proseslərin demək olar ki, hamısında hansısa formada iştirak etmişdir”
Daha sonra tədbir iştirakçılarından Cavanşır Beydullayev, Şirvani Ədilli, Dilavər Əzimli, İsgəndər Həmidov, Aydın Mədətoğlu, Natiq Ulubəy, Dursun Əlmas və b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

Geri dön