Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İRAQ TÜRKMƏNLƏRİ XOCALI SOYQIRIMINI ANKARADA ANDILAR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, Bildiriş > İRAQ TÜRKMƏNLƏRİ XOCALI SOYQIRIMINI ANKARADA ANDILAR

İRAQ TÜRKMƏNLƏRİ XOCALI SOYQIRIMINI ANKARADA ANDILAR


Fevral ayının 11-də “İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi” Ankara şöbəsinin qərargahında Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım konfransı təşkil olundu. Bu hakda saytımıza tədbirin təşəbbüsçüsü tarixçi Cavid Mövsümlü bildirib. “İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyinin” təşkilatçılığı ilə gerçəkləşən “Xocalı Soyqırımının” anma proqramında Ankarada yaşayan İraq Türkmənləri, Azərbaycanlılar, Türkiyəlilər, fərqli təşkilat və mətbuat təmsilçiləri iştirak edirdilər. Konfrans Xocalı soyqırımı və bütün Türkmən, Azərbaycan, Türkiyə şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilərək, fatihə oxunması ilə başlandı. Daha sonra qonaqlara Xocalı Soyqırımını anlatan qısa-metrajlı film izlədildi.
Türkmeneli TV-in Ankara təmsilçisi, Türkməneli şairi Qanim Qəssaboğlunun aparıcılığı ilə davam edən konfransda “Təlafər Mədəniyyət Mərkəzinin Ədəbiyyat və İncəsənət” şöbəsinin müdiri, Türkməneli şairi Miqdət Həvdioğlu, Azərbaycanlı tarixçi Cavid Mövsümlü, “İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi” Ankara şöbəsinin sədri Abbas Türkmən Xocalı Soyqırımı mövzusunda fərqli mövzularda çıxış etdilər. Konfransın dəvətli məruzəçisi Cavid Mövsümlü öz çıxışının sonunda İraq Türkmənlərinə qardaşları olan Azərbaycanlıların acısına şərik çıxdıqları üçün öz xalqı adına təşəkkür edib və bu yaxşılığı Azərbaycanlıların heç bir zaman unutmayacağını söyləyib. Öz növbəsində dərnəyin Ankara şöbəsinin sədri Abbas Türkmən də tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür etdikdən sonra bildirib ki, İraq Türkləri hər zaman canı bir, qanı bir Azərbaycanlı qardaşlarının yanında olmağa hazırdılar.
Tədbir sonunda “Türkməneli TV” konfransda iştirak edən Azərbaycanlı qonaqlardan müsahibə alıb. Müsahibədə iştirak edən tarixçi-jurnalist Mehparə Sultanova düzənlənən tədbirin əhəmiyyətindən, əslən Şuşadan olub, Ankarada təhsil alan Humay Nəsibova isə Qarabağla bağlı faciəli xatirələrindən danışıblar. Sonda xatirə şəkilləri çəkilib.

Geri dön