Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan cüdo yığması "Böyük Dəbilqə" turnirində 3 medalla 13-cü yeri tutub
Azərbaycan cüdo yığması "Böyük Dəbilqə" turnirində 3 medalla 13-cü yeri tutub |
Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.
Yarışın ikinci günü Azərbaycan təmsilçiləri üçün uğursuz alınıb. 100 kq çəki dərəcəsində yer alan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə portuqaliyalı Xorxe Fonsekaya, dünya çempionu Elxan Məmmədov yaponiyalı Kentaro İidaya, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə cənubi koreyalı Kyontae Kimə ipponla uduzaraq, mübarizəni dayandırıb. Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış günündə əldə etdikləri 3 bürünc medalla kifayətlənməli olublar. Həmin medallara Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) sahib çıxıb. 73 kq çəkidəki daha bir cüdoçu, Avropa çempionu və olimpiya mükafatçısı Rüstəm Orucov isə 5-ci yerlə kifayətlənib. Beləliklə, Azərbaycan yığması ümumi komanda hesabında 61 ölkə arasında 13-cü, kişilərin mübarizəsində isə 9-cu yeri tutub. Kişi cüdoçular arasında Avropa ölkələrindən yalnız Hollandiya aktivinə 1 qızıl medal yazdıra bilib. "Köhnə qitə"dən gümüş medalların 2-ni Fransa, hərəyə 1-ni Gürcüstan və Rusiya əldə edib. 5 qızıl, 1 gümüş medal qazanan Yaponiya 1-ci yeri tutub. 3-cü yeri tutan Çin isə Hollandiya kimi 1 qızıl medalla kifayətlənib. Geri dön |