Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat, Bildiriş > Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı müsabiqə elan edib
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı müsabiqə elan edib |
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, bağlanmış icarə müqavilələrinin şərtlərinə əməl edilməsi, eləcə də icarəyə verilmiş dövlət əmlakından dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bu işlərin davamı kimi, komitə tərəfindən bir sıra qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsilə icarəyə verilməsi ilə bağlı tədbirlər görülür.
Komitənin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 65 ünvanında yerləşən, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun balansındakı 5 mərtəbəli inzibati binanın yarımzirzəmi və zirzəmi hissəsində olan 61,4 kvadratmetr, 67,1 kvadratmetr, 88,2 kvadratmetr, 31,6 kvadratmetr və 32,6 kvadratmetr qeyri-yaşayış sahələrinin (daşınmaz dövlət əmlakı obyektlərinin) icarəyə verilməsi üzrə müsabiqə elan edilib. Müsabiqə barədə müvafiq elanlar komitənin özəlləşdirmə portalında (privarization.az), rəsmi internet səhifəsində (emdk.gov.az) yerləşdirilib və “Mülkiyyət” qəzetində dərc edilib. Aşağıdakı linkə daxil olmaqla müsabiqəyə çıxarılan əmlaklar haqqında daha ətraflı məlumat əldə etmək olar: https://goo.gl/0d7elj Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Bu elanlarda müsabiqəyə çıxarılan obyektlərin ünvanı, sahəsi, fəaliyyət növü, mövcud vəziyyəti və xarakteristikası barədə ətraflı məlumatlar yerləşdirilir. Həmçinin elanlarda obyektin aylıq start icarə haqqı məbləği, müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan beh kimi ödəniləcək icarə haqqı məbləği barədə bütün məlumatlar əks olunub. Sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulub. Həmçinin müsabiqə elanlarında sifarişçilər tərəfindən təqdim olunmalı sənədlər və müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər barədə də məlumatlar verilir. Sifarişçilər, müsabiqə haqqında əlavə məlumat əldə etmək və müsabiqəyə çıxarılan obyektlə tanış olmaq üçün də elanlarda ünvan və əlaqə nömrələri göstərilib. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin binasında 14 mart 2017-ci il tarixində, saat 11.00-da başlayacaq. Geri dön |