Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Premyer Liqasında növbəti tura minimal hesablı qələbələrlə yekun vurulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan Premyer Liqasında növbəti tura minimal hesablı qələbələrlə yekun vurulub

Azərbaycan Premyer Liqasında növbəti tura minimal hesablı qələbələrlə yekun vurulub


Bu gün keçirilən 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII tura yekun vurulub. AZAL "İnter"i, "Neftçi" isə "Sumqayıt"ı qəbul edib.
İlk 2 dövrədə "təyyarəçilər"i 3:1 və 3:0 hesabı ilə məğlub edən "İnter" bu dəfə rəqibini çətinliklə üstələyib. Qonaqlar kapitan Nizami Hacıyevin gözəl qolu ilə 3 xal qazanıblar. Bu qalibiyyətdən sonra Zaur Svanadzenin baş məşqçisi olduğu kollektiv xallarını 32-yə çatdırıb. Lakin komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. "İnter" 3-cü, AZAL isə sonuncu - 8-ci pillədədir.
Turun son oyunu "Bakcell Arena"da "Neftçi" ilə "Sumqayıt" arasında keçirilib. "Sumqayıt" ilk 2 dövrədə rəqibini 2:1 və 2:0 hesabı ilə məğlub etdiyindən, qarşılaşma gərgin mübarizə vəd edirdi. Qarlı hava şəraitində xeyli sayda real qol vəziyyətləri yaradan "Neftçi" 86-cı dəqiqədə arzusuna çatıb. Hüqo Barqas komandasına 3 xal qazandıran qola imza atıb.
Bu qələbədən sonra xalını 16-ya çatdıran "Neftçi" 1 pillə irəliləyərək 6-cı sıraya yüksəlib. "Sumqayıt" isə 22 xalla 4-cüdür.
Azərbaycan Premyer Liqası, XVIII tur
13 fevral (bazar ertəsi)
15:00 AZAL – “İnter” 0:1
Qol: Nizami Hacıyev, 84
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”
İlk 2 dövrədəki oyunlar: 1:3, 0:3
17:30 “Neftçi” – “Sumqayıt” 1:0
Qol: Huqo Barqas, 86
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
“Bakcell Arena”
İlk 2 dövrədəki oyunlar: 1:2, 0:2

Geri dön