Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Babək hansı amallar uğrunda vuruşub? - ARAŞDIRMA
Babək hansı amallar uğrunda vuruşub? - ARAŞDIRMA |
Babəkin həyatı, yaşayışı, mübarizəsi və ölümü ilə bağlı müxtəlif fərziyyələr var. İstər elm adamlarımız, istərsə də həvəskar tarixçilər bu məsələyə fərqli baxışlar sərgiləyirlər. Ancaq əslində necədir? Bütün bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün Enter.News tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının "Babək hansı amallar uğrunda vuruşub?" yazısını tədim edir. Bu yazıda bir çox qaranlıq məqamlara aydınlıq gətirilir.
Babəkin və hürrəmilərin qeydsiz-şərtsiz həqiqi müsəlman olduqlarını söyləməyə imkan verən tarixi məlumatların bir qismi ilə tanışlıqdan sonra bizlərin hər birində oxşar məzmunlu sualların yaranması təbiidir: əgər hürrəmilər Allahın birliyinə iman gətirən müsəlmanlar olubsa, o zaman Babək kimə qarşı vuruşub? Nəyin uğrunda qılınc çalıb? Hürrəmilərin mübarizə motivlərinin nüvəsində nə dayanırdı? Axı Babək, araşdırmalardan da gördüyümüz kimi, nə ərəbə qarşı, nə İslama qarşı, nə hansısa atəşpərəstlik uğrunda, nə hansısa İranı bərpa eləmək yolunda, nə də sadəcə quldurluq və yolkəsənlik etmək üçün qılınc çalmayıb. Abbasi xəlifəsi tərəfindən üstünə göndərilən altı-yeddi ordunu darmadağın etmək etiraf edək ki, hər oğulun işi deyil və dinində, imanında sapıq olan, Allahı tanımayan birisi ömrü boyu hər şeyindən keçərək və bu dərəcədə qaşısıalınmaz bir inadla bu qədər ordunu məhv edə bilməzdi. Üstəlik də, həmin orduların sərkərdələri və döyüşçüləri də İslamı əllərində bayraq edirdilər. Babək adi bir quldurbaşı olsaydı, Allahı çağırıb döyüşən bir ordu ardıcıl olaraq bu qədər böyük, dəhşətli və biabırçı məğlubiyyətlərə uğraya bilməzdi. Tarixdə Stepan Razin kimi quldurluqla, talançılıqla və s. ilə məşğul olub ətrafına dəstə yığmış adamlar çox olub, ancaq onlardan heç birisi dünyanın yarısına hökm edən bir dövləti 22 il ərzində davamlı olaraq diz üstə çökdürə bilməyib və həmin dövlətin hərtərəfli silahlanmış və təchiz olunmuş 6-7 ordusunun axırına çıxmağı bacarmayıb. Yalnız qəlbində Tanrı sevgisi, İslam imanı olan, görüb duyduğu Tanrı həqiqətlərini əldə bayraq edən bir insan bu qədər böyük bir qətiyyətlə mübarizə apara bilərdi, bu mənada dediklərimizin təsdiqi üçün elə təkcə XIX əsrdə rus imperalizminə qarşı cihad etmiş Şeyx Şamil şəxsiyyətinin böyüklüyünü yada salmağa dəyər. Biz Şeyx Şamildə məhz Babəkə xas olan bu sifətləri görürük. Məhəmməd Peyğəmbərdən sonra İslamı özünün talançılıq niyyətləri üçün bir vasitəyə çevirməyə çalışmış Əməvilərin, daha sonra isə Abbasilərin hakimiyyəti dövrlərində - belə demək mümkünsə, ərəbin qılıncının dalının da, qabağının da kəsdiyi bir dönəmdə zülmə qarşı cihad elan etmək və iyirmi iki ildən çox bir müddətdə bu cihad hərəkatına başçılıq etmək yalnız özünü Tanrı həqiqətlərinə fəda edə bilən bir adama xas olan keyfiyyətdir. Bu mənada Babək hərəkatı ümumiyyətlə bəşər tarixində analoqu olamyan bir mübarizə kimi qiymətləndirilməlidir. Babək hərəkatının anti-islam yönlü olmadığını isbatlayan faktlar arasında onun ordusunda vuruşmuş on minlərlə müsəlmanın movcudluğu faktı böyük diqqət doğurur. Doğrudan da düşündürücü faktdır: əgər bu qədər müsəlman Babək ordusunda qılınc çalıbsa, onlar inanıb sevdikləri bir dinə qarşı qılınc qaldırardılarmı? Əsla! Müsəlmanın kafirlə, xaçpərəstlə, yəhudi ilə, yaxud məcusi ilə bir səngərdə döyüşməsi həmin dövrdə absurd bir şeydi. Bu qədər sayda insan dəli olmamışdı ki? Xeyr! Bəs onda Babək həmin müsəlmanların inandığı dinə də inanır və onların gözlərini açan Tanrı həqiqətlərinin böyük bir qismini bilirdi. Tanrı həqiqətlərini bilmək üçün ali savadlı olmaq və ya dayanmadan mütaliə tələb olunmur, İlahi ipə sarılmaq, bəsirət duyğusunu işə salmaq, qaranlıq məqamlara beynində işıq salmaq və nəticə etibarilə bu İlahi həqiqətlərdən digər dindaşlarını agah eləmək lazım gəlir. Baxmayaraq ki, tarixi məxəzlərin məlumatları Hürrəmiliyin (Babəkiyyənin) məğzi ilə əlaqədar fikir yürütməyə imkan verir, hər halda Babək hərəkatının həqiqi mahiyyətini açıb ortaya qoymaq ilk baxışdan göründüyü qədər asan deyildi, o səbəbdən ki, hürrəmilərin ideyalarını və dini düşüncə sistemini açıq şəkildə dəstəkləyən və ətraflı izah edən mənbələr bu günümüzə qədər gəlib çatmamışdır. Buna görə də bu gün “tarix süfrəsində” ortada olan yalnız Babəkiyyəyə, hürrəmiliyə qarşı köklənmiş və əsasən xəlifə sarayının sifarişi ilə yazılmış tarixi mənbələrdir ki, onların əsasında da bu hərəkatın kökləri, ideya-fəlsəfi yönümünü müəyyən etmək bir qədər çətinləşir. Digər tərəfdən, Hürrəmilərin apardıqları ruhi savaşda eramızdan əvvəlki qədim Qam dünyagörüşünün izlərinə rast gəlinir ki, bu da araşdırılması qat-qat müşkül olan bir məsələdir, çünki miladdan öncəki minilliklərə dair Qam dədələrimizin yaşam tərzi və düşüncə sistemi barədə məlumatlar demək olar ki, yox dərəcəsindədir – bunun bir sıra səbəbləri var. Bu nöqteyi-nəzərdən Babəkilər hərəkatının əsl mahiyyətinin açılması istənilən halda indi əldə olan mənbələr əsasında tam mümkün olmayacaqdır, lakin bununla belə, bizlər üçün taleyüklü hesab olunan bu məsələdə həqiqətə çox yaxın olan fərziyyələr kifayət qədərdir və bu fərziyyələrdə təqdim olunan məlumatların bir-birinə uyğunluğu da yürüdülən fikirlərə ciddi yanaşmağa əsas verir. İlk növbədə bir daha onu vurğulamaq lazım gəlir ki, Babək heç bir zaman milli-etnik mənsubiyyət məsələsinə görə mübarizə aparmamışdır, yəni onun apardığı mücadilə konkret olaraq nə ərəblərə, nə perslərə, nə də digər xalqlara qarşı yönəlmişdir. Bunu tarixi məxəzlərin məlumatları da təsdiq edir. Hətta İbn-Vazeh Yəqubi öz əsərində Mərənd valisi İsmət əl-Kürdinin (Xəlifə Məmunun dövründə) Babəkin qoşun sərkərdələrindən biri olmasına toxunur. Bu uzunmüddətli müharibələr gedişində xəyanət yolu tutduqlarına və Azərbaycan türklərinin xəlifəyə qarşı mövqe tutmasından istifadə edərək xəlifəyə yaltaqlanıb qədim türk-alpan torpaqlarından pay umduqlarına görə isə Babəkin erməni-haylara qarşı savaş açdığı məlumdur. Fürsətdən istifadə edib bununla bağlı mənbələrdən bir sitat gətirmək istərdim, çünki dəyərli oxucu məhz Abbasilər xilafəti dövründə Azərbaycanın böyük bir hissəsinin məhz Abbasi siyasətinə uyğun olaraq “Ərməniyyə” adlandırıldığını, Abbasi sarayının erməni-haylara imtiyazlar verərək onları fərqli məzhəblərdən olan müsəlman türklərdən üstün tutduğunu bilməlidir. Stefanus Orbelyan adlı erməni-hay tarixçisi öz xronologiyasında 827-ci il hadisələrini yada salarkən Babəkə qarşı vuruşmaq üçün Sünik knyazının xəlifədən xeyir-dua alıb qoşunla yola düşməyə hazırlaşdığını, lakin Babəkə qarşı vuruşmadan öldüyünü yazır. Daha sonra hay tarixçisi Babəkin Sünik əyalətinə qoşunla gəlişini, əhalinin ona tabe olmaq istəməməsini, Babəkin də “ağvanlı Aplasadın köməyilə oranı amansızcasına çalıb-çapdığını” söyləyir. Maraqlıdır ki, sözügedən tarixçinin yazdığına görə, bir qədər keçmiş (828-ci ilin əvvəli) Babək Geğarkuniyə (Göyçə gölünün qərb sahilinə erməni-hayların verdikləri ad) gedərək orada on beş minlik hay silahlı dəstələrini darmadağın edir, Makenik din xadimlərinin əmlakını qarət edib imarətlərinə və monastıra od vuraraq külünü göyə sovurur. Tarixçinin qeyd etdiyinə görə, Babək təhlükəsinin yaxınlaşdığını duyan erməni-hay din xadimləri iki dəstəyə bölünərək aradan çıxıblar. Din xadimlərinin əmlakının nədən ibarət olacağını düşündükdə ağla təkcə mal-mülk deyil, həm də onların yazdıqları yalanlarla dolu əsərlər gəlir. Eyni zamanda unutmaq olmaz ki, məhz Alpan din xadimlərinin yazdıqları öz dilimizdə olan əsərləri də məhz elə həmin erməni-hay (qriqoryan) din xadimləri müxtəlif üsullarla yandırıb məhv etmiş, həmin əsərlərin saxta surətlərini yazıb-hazırlayaraq tarixi aldatmaq cəhdində bulunmuşlar. Bu mənada Babəkin qriqoryan keşişlərinin var-yoxunu çapı-talamasını, onlara aid əmlakı qarət edib götürməsi tamamilə anlaşılandır. Ancaq bu, heç də Babəkin milli zəmində münaqişəyə girişməsi demək deyildi. Babəkin apardığı mübarizənin mayası ümumiyyətlə bu cür məqsədlərdən yoğrulmamışdı. Babəkin apardığı mücadiləyə biz məhz ona görə ruhi mücadilə deyirik. Eyni zamanda Babək özünə nə Azərbaycanı İslam dinindən uzaq tutmaq, nə Sasani İranını dirçəltmək məqsədi seçməmişdir, bunu sübut edəcək yetərincə faktı deyərli oxuculara öncəki yazılarda təqdim etdik. O zaman sual olunur: Babəkin bu qədər qabiliyyətli bir şəkildə mübarizə aparmasına səbəb nə idi? Kimə qarşı vuruşmuşdur Babək? Kimi öz amallarına düşmən hesab etmişdir? Babəkin və Azərbaycan türkünün inanc sistemini təhlükəli düşmən hesab edən pərdəarxası qüvvə hansıdır? Babək hərəkatının süquta uğraması ən çox kimlərə və hansı qüvvələrə sərf edirdi? Abbasilərin yürütdüyü siyasəti kökündən sarsıtmış və bu sülalənin hakimiyyətinin süqutuna yol açmış Hürrəmilər hərəkatı özündə mahiyyət etibarilə bir çox gizli mətləbləri ehtiva edir. Bu mətləblərdən danışarkən biz ayrı-ayrı məxəzlərin məlumatlarına istinad etməklə yanaşı öz fərdi intuisiyamızı və dəmir məntiqi də işə salmalı olacağıq. Nihat Çetinkaya özünün məşhir “Qızılbaş türklər” adlı əsərində tutarlı tarixi faktlara söykənərək bildirir ki, Məhəmməd peyğəmbərdən sonra İslam dininin geniş bir ərazini əhatə etməsində çox təəssüf ki, Tanrının göndərdiyi son dini bəşəriyyətə yayamaqdan daha çox Bəni-Üməyyə (Əməvilərin mənsub olduqları tayfa) və digər bunun kimi cahil ərəb qövmlərinin talançılıq-qarətçilik istəkləri rol oynamışdır. Bir çox hallarda isə İslamın yayılması missiyasından ümumiyyətlə imtina edilmişdir. Ərəb cahangirləri sözügedən sülalənin hökmdarlarının siyasətinə uyğun olaraq getdikləri torpaqlara İslam, din, kitab, ilahi həqiqətləri deyil, yalnız qılınc, qan, qətliam, quldurluq kimi naqis əməlləri “İslam bayrağı” altında aparmaqla əslində İslam dininə çox böyük zərbələr vurmuşlar. Məhz bunun nəticəsidir ki, həmin dövrün Bizans mənbələri İslamın heç bir vəchlə Tanrı və elm dini olmadığını iddia edərək Bizans imperiyasının sonadək dirəniş göstərməsinə yol açmışdır. Təəssüf ki, hətta Əbu Bəkr, Ömər və Osmanın da hakimiyyəti dövründə ərəblərin qarətçilik istəklərinin qarşısını almaq mümkün olmamışdır. Xilafətin idarəçiliyindən məqsədyönlü şəkildə daim kənarda tutulmuş peyğəmbərin ailə üzvləri və imamlar isə hər yanda məhz islamın elmi əsaslarını təbliğ etmiş və bu səbəbdən də ətraf xalqların nümayəndələrindən (dövlətləri dağıdılmış perslər istisna olmaqla) hər zaman özlərinə qarşı hörmət-ehtiram görmüşlər. Azərbaycan türklərinin İslamı sidq-ürəkdən qəbul etməsi ilə bağlı onu demək olar ki, İslam dini Azərbaycanda nə qılınc və zor gücünə, nə də əhalinin maddi maraqlarına cavab verməsi səbəbindən yayılmışdır. İslamın Azərbaycanda sürətlə yayılması ilk növbədə onunla bağlı idi ki, babalarının genlərinə sadiq qalan Azərbaycan türkləri bu dinlə özlərinin min illər boyu tapındıqları Göy Tanrıçılıq arasında heç bir köklü və prinsipial fərq görməmişlər. Əksinə, İslamın Tövhid inancına söykənməsi, xristian Alpanların inandıqları İsa peyğəmbərə dərin hörmət bəsləməsi də Azərbaycan türklərinin son Tanrı dinini qəbul etmələrinə şərait yaratmışdır. Digər tərəfdən, quldurluq məqsədilə İslam bayrağını əlinə götürüb basqınçılığa gələn xilafət qoşunlarına qarşı imkan daxilində instinktiv müqavimət göstərən Azərbaycan türkü İslamın elmi əsaslarını, gizlin (oxu: batin) tərəflərini məhz peyğəmbər nəvələri olan Əhli-Beyt mənsublarından, imamlardan, peyğəmbərin əslən Azərbaycandan olan səhabələrindən və eləcə də təzyiqlərdən qurtulmaq üçün Azərbaycana pənah gətirmiş Əhli-Beytdən hesab olunan elmli-zəkalı və pak insanlardan öyrənib bilmişlər. Məhz bu səbəbdən də çəkinmədən söyləmək olar ki, İslamda Əhli-Beyt aşiqliyinin təməli Azərbaycan türkləri ilə sıx bağlıdır (Əhli-Beyt sevgisinin farslarla bağlı olduğunu söyləyənlərsə unutmamalıdırlar ki, perslərin bir qövm olaraq şiəliyi (Əhli-Beyt sevgisini) 1515-ci ildə Şah İsmayılın təsiri ilə qəbul etməsini İslam tarixinin araşdırmaçıları artıq çoxdan təsdiqləmişlər...) Və Babək hərəkatı ilə bağlı yuxarıda gətirdiyimiz sitatlarda açıq-aydın sezilən bu xətt (Hürrəmilərin batinilərlə əlbir olması, onların imam Mehdinin zühurunu gözləmələri və s. və i.a.) heç də təsadüfi deyil. F.Qəzənfəroğlu bildirir ki, “Tarixi mənbələrdə əldə olunan məlumatlara görə, Hürrəmilər, Məzdəkilərin təlimini radikal şiələrin “On iki imam” təlimilə birləşdirib sintez yaratmış cəmiyyətlərin ümumi adıdır. Məsələn, Abbasilərə qarşı üsyanın təşkilatçısı Əbu Müslümün edamından sonra (753) meydana çıxan Abbasi şiələrinə Hürrəmilər adı verilmişdir”. Prof.dr. Osman Turan isə Əbu Müslüm Xorasaninin başçılıq etdiyi kütləvi üsyanın Əhli-Beyt yönümlü olması barədə bunları bildirir: “Türküstana sığınan Emevi aleyhtarı unsurlar orada Şiiliğin de yayılmasına sebep oldular. Kuvvetini bu muhitte toplayan Ebu Müslimin Bağdadda idamı Abbasilere karşı yeni halk haraketlerine ve Şiiliğin kuvvetlenmesine yardım etti. İlk defa onun mensupları tarafından, 755-te, Mübeyyize veya Sepidcamegan hareketi başlandı”. Bizim qəti inamımıza görə, Azərbaycan türkünün Əhli-Beyt sevgisi nəticə etibarilə sonuncu din İslamın adından öz mənfur niyyətləri üçün istifadə edən Əməvilərin, daha sonra isə Abbasilərin zülmünə qarşı xalq üsyanına qalxmasına gətirib çıxarmışdır. Bunu isbatlayan dəlillər tarix kitablarında, həmin dövr mənbələri hesab edilən ədəbiyyatlarda da çoxdur. Yeri gəlmişkən, Abbasi xəlifələrinin İslam dininin hökmlərinə nə dərəcədə riayət etmələri barədə ayrıca danışmaq lazım gəlir. Çünki məhz bu amil Babəkə qədərki üsyan və narazılıqlarda böyük rol oynamışdır. Geri dön |