Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il “Iteca Caspian” Azərbaycanda 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bu il “Iteca Caspian” Azərbaycanda 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır

Bu il “Iteca Caspian” Azərbaycanda 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır


2017-ci ildə “Iteca Caspian” şirkəti Azərbaycanda 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır.

“Iteca Caspian” şirkətindən bildirilib ki, hər il “Iteca Caspian” şirkəti tərəfindən Azərbaycanda təşkil olunan beynəlxalq sərgilər mövsümü cari ilin aprel ayında start götürəcək.

Sərgilər dövlət sənaye strukturlarının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər il bir çox sərgini ziyarət etməsi isə bu tədbirlərin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini və ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu nümayiş etdirir. Tədbirin beynəlxalq statusu Dünya Sərgi Sənayesi Assosiasiyasına üzvlük ilə tamamlanır və burada sərgilər elan olunan statistik məlumatlar və tələb olunan təşkilati səviyyəyə uyğunluq baxımından hər il kompleks yoxlamadan keçərək keyfiyyət nişanı ilə təltif olunur. Əsas sənaye sərgiləri beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.

Hazırda, 2017-ci il sərgilərinin potensial iştirakçıları ilə aktiv işlər aparılır. Sərgi mövsümü aprelin 6-da XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” və XI Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgiləri ilə öz işinə başlayacaq. Yarandığı ilk gündən bəri “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəal dəstəklənir. Bu tədbir həmçinin daimi iştirakçı – BMT-nin Dünya Turizm Təşkilatı, Asiya-Sakit okean Turizm Assosiasiyası, Azərbaycan Turizm Assosiasiyası kimi beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.

Builki sərgi çoxlu sayda turizm istiqamətlərini, hava yollarını, otel şəbəkələrini və digər turizm xidmətlərini təqdim edəcək. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və digər ölkələrdən şirkətlər var. Ənənəvi olaraq, sərgidə milli və regional stendlər də təmsil edilir. Artıq Belarus, Bolqarıstan, Çex Respublikası, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand sərgidə öz milli stendləri ilə iştirak edəcəklərini təsdiqləyiblər. Sloveniya və Rusiya Federasiyasının Stavropol regionu isə sərgidə regional stendlərlə çıxış edəcəklər. Hər il sərgiyə yeni iştirakçılar qoşulur və bu il ilk dəfə olaraq Kolumbiya və Kuba sərgidə öz turizm imkanlarını təqdim edəcək. Azərbaycan və regionlarının yerli turizm imkanları da tədbirdə geniş şəkildə nümayiş etdiriləcək. Bu il “Horex Caucasus 2017” sərgisində tekstil məmulatları, uniformalar və mükəmməl gigiyena məhsulları ilə yanaşı, mehmanxana və restoranlar üçün mətbəx ləvazimatları da nümayiş etdiriləcək.

Daha sonra estafet üç nəqliyyat sərgisinə ötürüləcək, belə ki, aprelin 26-28-də Bakı Ekspo Mərkəzində XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Transcaspian/Translogistica”, VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic” və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri keçiriləcək.

Mayın 17-dən 19-a kimi keçiriləcək XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack CASPIAN” sərgilərinin iştirakçıları tərəfindən həm yerli, həm də xarici istehsalçı şirkətlərin çoxlu sayda məhsulları nümayiş etdiriləcək.

Ənənəvi olaraq, bu il sərgilərin yaz mövsümü regionun ən böyük sənaye sərgisi XXIV Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” (31 may - 3 iyun), “JW Marriott Absheron Baku” otelində keçiriləcək XXIV Beynəlxalq Xəzər Neft və Qaz Konfransı “Caspian Oil & Gas Conference” (1-2 iyun) və VII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2017” sərgiləri ilə yekunlaşacaq.

Cari ilin sentyabr ayında payız mövsümü öz işinə başlayacaq və bura “BIHE”, “Stomatology Azerbaijan”, “Beauty Azerbaijan”, “WorldBuild Baku”, “Aquatherm Baku” “Securika Caspian” sərgiləri daxil olacaq. İki sərgi – Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku” və Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian” sərgiləri 2017-ci ildə öz onilliklərini qeyd edəcək.

Sərgilər müxtəlif bazar sektorlarını təmsil edən iştirakçıların nümayəndələri ilə canlı söhbət etmək, ən son təmayülləri müzakirə etmək və qabaqcıl sənaye ekspertlərindən məsləhətlər almaq üçün yenidən imkanlar təklif edəcək. Qonaqlar aktual innovasiyaların müzakirəsində və gələcək problemlərin və nailiyyətlərin qiymətləndirilməsində iştirak etməklə yanaşı, potensial alıcılar və tərəfdaşlarla biznes əlaqələri yaratmaq imkanı da qazanacaqlar.

Şirkətlərin marketinq planlarının formalaşmasında, sərgilərin mühüm rol və mövqe tutmasını bir faktla da təsdiqləmək olar ki, dünya iqtisadiyyatının silkələnməsinə baxmayaraq, bazarın əsas iştirakçıları hələ də sərgilərə sponsorluq edirlər. Bu il sərgilərə sponsorluq edən şirkətlərin arasında artıq bu müəssisələr var: Azeri M-I Drilling, AZFEN J.V., Baku Steel Company, BP, Caspian Drilling Company, Caspian Geophysical, Caspian Marine Services, Denton, Ernst&Young, Fluor, Global Energy, HBC Group, NB Qrup ASC, Nobel Upstream, RusNeft, Socar Polymer, Statoil, Tekfen Construction, Total Absheron. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi tur operator “Premier Tour” şirkəti, “Qafqaz Point Otel” (rəsmi mehmanxana) və rəsmi stend montajçısı “AzExpoMontage” şirkəti yer alır.

“Iteca Caspian” şirkətinin baş direktoru Fərid Məmmədov deyir ki, “Sərgi sadəcə kommersiya fəaliyyəti deyil. İnsanlar şəxsən tanıdıqları insanlarla biznes əlaqəsi yaratmağa üstünlük verirlər. Qısa desək, sərgi yeni üfüqlər açmaq, partnyor tapmaq və yeni bazara daxil olmaq üçün imkan yaratmaqla, insanları bir-biri ilə əlaqələndirir. Bizim əsas işimiz sərgi çərçivəsində iştirakçılar üçün əlavə imkanlar, eləcə də ixtisaslaşdırılmış auditoriyaya daha dəqiq yanaşmanı təmin etməkdir”.

Sərgilər haqqında daha ətraflı məlumatı şirkətin www.iteca.az rəsmi internet saytından əldə etmək mümkündür.

Geri dön