Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan təhsilində yenilik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Azərbaycan təhsilində yenilik

Azərbaycan təhsilində yenilik


Azərbaycanın ali məktəblərində təhsil alan tələbə eyni zamanda başqa ixtisas üzrə də təhsil ala biləcək. Bu barədə Trend-ə cümə axşamı Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən deyilib ki, tələbə yalnız təhsil aldığı ixtisasa yaxın ixtisas üzrə əlavə təhsil ala bilər. Bunun üçün tələbəyə yandan fənn götürməyə icazə veriləcək. Bu imkandan yalnız akademik borcu olmayan tələbələr istifadə edə biləcəklər. Tələbələr üçün yandan fənn götürmək ödənişli əsaslarla olacaq.

Bu yenilik tələbəyə gələcəkdə əlavə ixtisas kimi yiyələndiyi sahə üzrə də peşə fəaliyyəti ilə məşğul olmaq hüququ verəcək.

"Məsələn, əgər tələbə vergi siyasəti ixtisası üzrə təhsil alırsa, sığorta işindən də fənlər götürüb onu öyrənə bilər. Onda o, gələcəkdə həm vergi siyasəti, həm də sığorta işi üzrə işləyə bilər", - nazirlikdən bildirilib.

Qeyd edilib ki, əlavə ixtisas alan tələbəyə diplomdan əlavə xüsusi sertifikat və ya əlavə ixtisas almasını təsdiq edən sənəd veriləcək. Hazırda layihə formasında olan bu yeniliyin gələn tədris ilindən tətbiq ediləcəyi gözlənilir.

Geri dön