Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan Premyer Liqasının lideri dəyişib
Azərbaycan Premyer Liqasının lideri dəyişib |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
Matçlardan biri Sumqayıtda, digəri Qəbələdə keçirilib. Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə AZAL qarşılaşıb. Görüşün taleyini 13-cü dəqiqədə Yusif Nəbiyevin vurduğu qol həll edib. Bu qələbədən sonra xalını 25-ə çatdıran meydan sahibləri 4-cü pilləni “Zirə”dən geri alıblar. “Təyyarəçilər” isə 8 xalla sonuncu – 8-ci yerdədirlər. Turun son matçı “Qəbələ” və “Qarabağ” komandaları arasında baş tutub. Cari mövsümdə çempionluğa əsas namizəd olan bu kollektivlərin növbəti dueli meydan sahiblərinin qalibiyyəti ilə nəticələnib. Matçda hesabı 28-ci dəqiqədə Sergey Zenyov açıb. 69-cu dəqiqədə isə Filip Ozobiç son nöqtəni qoyub. Bu, həm də bombardirlik yarışında liderlik edən xorvatiyalı yarımmüdafiəçinin 12-ci qolu olub. Beləliklə, xalını 42-yə çatdıran Qəbələ təmsilçisi zirvəni ələ keçirib. Roman Qriqorçukun komandası 42 xala malik olan Ağdam klubunun şəxsi görüşlərdə üstələdiyinə görə lider olub. Azərbaycan Premyer Liqası XIX tur 19 fevral (bazar) 15:00 “Sumqayıt” – AZAL 1:0 Qol: Yusif Nəbiyev, 13 Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov AFFA nümayəndəsi: Rauf Hüseynli Hakim-inspektor: Asim Xudiyev “Kapital Bank Arena” 17:30 “Qəbələ” – “Qarabağ” 2:0 Qollar: Sergey Zenyov, 28, Filip Ozobiç, 69 Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev AFFA nümayəndəsi: Elbrus Abbasov Hakim-inspektor: Əli Hüseynov Qəbələ şəhər stadionu Geri dön |