Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cənubi Qafqaz ölkələri NATO üçün çox mühümdür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Cənubi Qafqaz ölkələri NATO üçün çox mühümdür

Cənubi Qafqaz ölkələri NATO üçün çox mühümdür


NATO mənzil-qərargahının təmsilçisi: “Cənubi Qafqaz regionunda həlli uzadılmış münaqişələrin mövcudluğu bölgədə və onun hüdudlarından kənarda qeyri-stabil vəziyyət yaradır”
“Cənubi Qafqaz ölkələri NATO üçün çox mühümdür.

Alyans Azərbaycanla əlaqələrə çox mühüm əhəmiyyət verir, bu münasibətlər 20 ildir düzgün istiqamətdə inkişaf edir”. Bu fikirləri Bakıda keçirilən konfransda çıxışı zamanı NATO mənzil-qərargahının nümayəndəsi Stefan Elqerzma söyləyib.
O qeyd edib ki, Cənubi Qafqaz regionunda həlli uzadılmış münaqişələrin mövcudluğu bölgədə və onun hüdudlarından kənarda qeyri-stabil vəziyyət yaradır: “Bundan başqa region İranla qonşu olması nöqteyi-nəzərindən mühümdür. NATO Avropa təhlükəsizlik arxitekturasının mühüm hissəsidir. Biz ATƏT məkanında sülh və stabilliyin qorunması prinsipinə əməl olunmasında maraqlıyıq”.
Azərbaycanla əməkdaşlıq məsələsinə toxunan Stefan Elqerzma bildirib ki, NATO təhlükəsizlik məsələlərində şəffaflığın təmin olunmasına yönəlmiş islahatları dəstəkləyir: “Bu istiqamətdə əməkdaşlıq İPAP çərçivəsində həyata keçirilir. İPAP-ın yeni mərhələsi Azərbaycanla növbəti iki ildə münasibətlərimizin əsaslarını müəyyənləşdirir. Buraya praktiki əməkdaşlıq daxildir, hansı ki biz Azərbaycanla bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”.
O qeyd edib ki, alyans ölkəmizlə müdafiə sahəsində islahatlar, minaların təmizlənməsi sahəsində əməkdaşlıq edir. O, Azərbaycanın Əfqanıstana hərbi yüklərin daşınması prosesinə verdiyi töhfəni xüsusi qeyd edib. Bununla əlaqədar Azərbaycan gələn həftə Brüsseldə keçiriləcək İSAF nazirlərinin toplantısında iştiraka dəvət olunub.
Stefan Elqerzma Azərbaycan NATO-nun Çikaqo sammitinə də dəvət olunacaq.

Geri dön