Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > İranda molla rejiminin çevrəsi daralır
İranda molla rejiminin çevrəsi daralır |
34 illik mollakratiya rejiminin artıq ölkə daxilində də dayaqları sarsılıb
1-ci yazı Orta Şərqdə böyük siyasi oyunçular və son iki ildə baş vermiş "Ərəb Baharı" inqilabları tədricən İran, Pakistan və Əfqanıstanı da qapsamaqdadır. İrandakı totalitar mollakratiya rejimi gözlənilən böyük təhlükənin qarşısını almaq üçün daha ciddi şəkildə hərəkətə keçmişdir. Suriya, Bəhreyn, İraq, Pakistan, Əfqanıstan, Azərbaycan və Türkiyədə Tehran bir çox sosial, iqtisadi infrastrukturları hərəkətə gətirməklə bu prosesin qarşısını almağa səfərbər olunmuşdur. Eynilə, öz xarici siyasətində də daha aktiv siyasi xətt götürmüşdür. Bununla yanaşı, ABŞ Hərbi Dəniz Donanmasının 5-ci ordusu, koalisiya qüvvələri də artıq Fars körfəzində və Ərəb dənizində daha sıx hərəkət etməkdədirlər. Amerikanın "Con Si Stennis" zərbəçi bombardmançı təyyarləri burada növbə çəkməyə başlayıblar. Hörmüz körfəzi isə tamamilə koalisiya qüvvələrinin nəzarətinə keçmişdir. Hələlik Körfəz ölkələri siyasətində hərbi-siyasi durum kəskin xarakter almasa da, istənilən anda savaş məsələsi də gündəmə gələ bilər. Əksər mütəxəssislərin fikrincə, Suriyadakı Bəşər Əsəd və BƏƏS rejiminin çökməsindən sonra İran məsələsinin gündəmə gələcəyi şəksizdir. Bu mənada, payızda dünyanın gözünün İrana yönələcəyi qaçılmaz xarakter alacaq. "Daring" RLS və İran İranın ən böyük gəlir mənbəyi olan neftini Fars və Hörmüz körfəzlərinin vasitəsilə dünya bazarına çıxarılmasına nəzarəti gücləndirmək üçün ən müasir hərbi kəşfiyyat gəmisi Daring, DDG+Hava Hücumundan Müdafiə Sistemi artıq bölgədə yerləşdirilmişdir. Orta Doğunu tam nəzarətdə saxlayan təyyarə daşıyan gəmilər isə hər an savaşa hazırlıq durumuna gətirilə bilər. Corc Vaşinqton adına Strateji Araşdırmalar İnstitutunun Orta Doğu araşdırma qrupunun rəhbəri Saymon Hendorson durumun bu həddə çatması ilə bağlı belə qeyd etmişdir: "İran artıq çox yaxşı anlayır ki, bir tərəfdən Əfqanıstan, digər yandan isə iki körfəzin tam nəzarətdə olması səbəbindən istənilən döyüşdə məğlubiyyətə məhkum olacaq. Hal-hazırda koalisiya qüvvələrinin rotasiya prosesi də tamamlanmışdır. Bu, hərbi dəniz qüvvələri tarixində ilk dəfə belə bir böyük qüvvənin yaranmasına səbəb olmuşdur. çünki burada döyüş zamanı bir-birini əvəz edə biləcək hərbi taktiki strategiya tətbiq olunmuşdur. Bununla yanaşı, uzun illərdir Orta Doğuda fəaliyyət göstərən ABŞ-a məxsus gəmilər, dəniz piyada qoşunları və quru qoşunları ehtiyat qüvvə rolunda çıxış edəcəklər". Hörmüz körfəzini bağlamaqla Avropa Birliyi ölkələrini təhdid edən İran tərəfi isə üzv ölkələrə neft ixracını da dayandıracağını elan etmişdir. ABŞ-ın müdafiə naziri Leon Panetta İran belə bir təşəbbüsdə olacağı təqdirdə, dərhal koalisiya qüvvələrinin hərəkətə keçəcəyini elan etmişdir. Qarşılıqlı təhdidlərə baxmayaraq, Tehran rejiminin xarici siyasət məsələlərində ilk dəfə fikirləri bir neçə yerə haçalanmışdır. Bununla da İrandakı mollakratiya rejiminin daxilində çox ciddi şəkildə konfrantasiyalar yaranıb. Bütün bunlar İranın silahlı qüvvələrinə də sirayət etmişdir. İlk dəfə olaraq "İslam İnqilabı Keşikçiləri Korpusu" və Müdafiə Nazirliyi arasında təzadlı münasibətlər ortaya çıxmışdır. Elə bu faktın özü təsdiq edir ki, rejim tədricən çökməyə başlamışdır. İran ordusunun baş qərargah rəisi Ataulla Salehi isə etiraf etmişdir ki: "İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz körfəzində hərbi təlimlər aparması səbəbindən Qərbə məxsus hərbi qüvvələr Fars və Oman körfəzlərindən Hörmüz körfəzinə nəzarəti daha da gücləndirmişlər. Bu yöndə konfliktlərin dərinləşməsi deyil, bizə elan edilmiş xəbərdarlıqları nəzərə alaraq öz taktiki və strateji hədəflərimizi qurmalıyıq. Düşünülməmiş hər hansı bir addım savaşın başlanılmasına təkan verəcək". İrandakı hərbi qüvvələr üç müstəqil komponentə bağlıdır. Və onların hər biri ayrı-ayrılıqda quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələrinə malikdirlər. Daha radikal qanadı təşkil edən "İslam İnqilabı Keşikçiləri" ordusu rejimin daha fəal şəkildə mənfəətlərini qorumaq üçün ən kəskin addımları atacağını açıq şəkildə bəyan etmişdir. Əksər ekspertlərin fikrincə, bölgədə böyük mənada strateji maraqları olan güclər hal-hazırda pərdəarxası danışıqlarda "İranın gələcək taleyi" haqqında bazarlıqları davam etdirirlər. Xüsusilə bu prosesdə ABŞ və onun qərbli müttəfiqləri, Rusiya və çinin ortaq maraqları, Ərəb dövlətləri və Türkiyənin müəyyən qədər uzlaşmış baxışları daha aktiv şəkildə iştirak edirlər. Sanki "üçüncü Dünya Savaşı" başa çatıb və böyük gücə çevrilən dövlətlər mənfəətlərinin təmin edilməsi üçün diplomatik masa arxasında əyləşib bu savaşa son nöqtəni qoymağa tələsirlər. "İran məsələsi" isə Orta Doğunun idarə olunmasının son protokolu olaraq görünür. İqtisadi sanksiyalar və impulsiv baxışlar Avropa Birliyi (AB) ölkələri İrana qarşı neft embarqosunun tətbiq edilməsi çağırışlarını daha radikal şəkildə irəli sürməklə yanaşı, həm də "İran Mərkəzi Bankı"nın aktivlərinin dondurulmasını sərt şəkildə tələb etməyə başlamışdır. Bu yöndə hələlik AB-dan fərqli olaraq ABŞ hər iki sanksiyanı artıq rəsmiləşdirmişdir. Amerikanın sabiq senatoru Rik Santorum qeyd etmişdir: "İndi istər AB üzvü olan ölkələr, istərsə də ABŞ-da hansı gücün hakimiyyətə gəlməsindən asılı olmayaraq İrandakı nüvə silahlarının, atom bombasının, reaktiv silahları hazırlayan laboratoriyaların bombalanmasına tərəfdardır. Əslində belə ölkələrdə nüvə bombasına sahib olmağın qarşısı çoxdan alınmalı idi. Bu məsələdə Qərb hələ də gecikməkdədir". ABŞ prezidenti Barak Obamanı sərt şəkildə tənqid edən güclərin fikrincə, İranın təslim edilməsi prosesinin bunca ləngiməsi həm də Amerikanın "kağız üzərində qaplan"a bənzəməsinə səbəb ola bilər. öncələr İrandan tələb olunurdu ki, özünün bütün nüvə obyektlərinin beynəlxalq səviyyədə yoxlanılması üçün qapılarını açsın. İndi durum tamamilə fərqlidir: "İran nüvə mənbələrini tamamilə bağlamağa məhkumdur. Bu yöndə hər hansı bir addımı atmazsa, o zaman beynəlxalq qüvvələr tərəfindən nüvə obyektləri bombalanacaq". ABŞ diplomatı Mark Toner isə qeyd edir ki, İran məsələsində diplomatiya artıq dalana dirənmişdir. Bunun günahkarı İrandakı rejimdir. Durumun belə bir həddə çatması üzündən Azərbaycan və Rusiya üçün də yeni problemlərin yaranması müşahidə olunmaqdadır. Xüsusilə Azərbaycan tərəfi seçim qarşısında qalmışdır: "Ya hakimiyyət, ya da sosial inqilabi dalğanın qəzəbləri içində qərq olcaqsan". Müşahidələrə əsasən, onu da qeyd etmək lazımdır ki, hal-hazırda Qərbdə son günlər daha çox müdafiə olunan fikirlərdə "Onsuz da İrana, yəni keçmişdə olduğu kimi diktator rejimlərinə qarşı tətbiq olunan sanksiyaların heç bir əhəmiyyəti yoxdur. İranın nüvə mərkəzləri ya qapadılmalı, ya da heç bir xəbərdarlıq edilmədən bombalanmalıdır". Hal-hazırda prosesin belə davam etməsinin qarşısını alan məqamlardan biri də əksər Avropa dövlətlərində və eləcə də ABŞ-da seçki ilinin baş verməsidir. Heç bir siyasi güc xarici siyasət prioritetlərində məğlub duruma düşmək istəmir. "İranla savaşda hərbi avantüra"da heç kim məğlubiyyəti arzulamır. Digər tərəfdən, seçki və maliyyə böhranından yan keçməklə böyük güclər ehtiyat maliyyə qaynaqlarından yararlanaraq İrana qarşı sərt tədbirləri inkişaf etdirirlər. Bu arada isə Azərbaycan tərəfi gözlənilən problemlərdən yayınmaq üçün bütün ümidlərini Ankaraya yönəltmişdir. çünki Türkiyə 30 il öncədən fərqli olaraq, Orta Doğu siyasətində aparıcı güclərdən birinə çevrilmişdir. Bunu Qərb etiraf etməsə də, mövcud reallıqları rəsmi çevrələrdə etiraf etməkdən belə yayınmırlar. İraq və Suriya siyasətindən fərqli olaraq İranın nüvə proqramının olması dünya birliyi tərəfindən qəbul edilmədiyi üçün proseslər həm də Tehran rejimi ilə strateji müttəfiqlik nümayiş etdirən ölkələrə yaxşı heç nə vəd etmir. çünki iqtisadi sanksiyaların arxasında siyasi maraqlar daha üstün səviyyədə qəbul olunmuşdur. İranda da artıq başa düşürlər ki, Fələstin torpaqlarının İsrail tərəfindən işğal olunması, bu torpaqların yəhudiləşdirilməsi, ümumislam hərəkatının gücləndirilməsi kimi şüarlar artıq heç bir müsəlman dövləti tərəfindən fəal şəkildə müdafiə olunmur. çünki uzun müddətdir İran bütün qonşu ölkələrdə öz strateji maraqlarına uyğun yaratdığı sosial şəbəkələrin sayəsində həmin dövlətlərin daxili işlərinə fəal şəkildə müdaxilə etməklə sarsıdıcı zərbələr vurmuş, iqtisadi cəhətdən çökdürməyə çalışmışdır. Buna görə də İrana qarşı yönəlmiş yeni siyasi proseslərdə heç bir qonşu ölkənin onu müdafiə etməyəcəyi də şübhəsizdir. İranyönlü lobbinin "dişləri" qırılmışdır Bəhreyn, İraq, Əfqanıstan, Pakistan, Türkiyə, Türkmənistan, Suriya və Azərbaycan kimi çevrə dövlətlərində mövcud olan siyasi proseslər İranın "çevrə dövlətlərində lobbiçilik" doktrinasına qarşı sarsıdıcı zərbələr vurmuşdur. Bir tərəfdən "farsdilli ölkələr", digər yandan isə "cəfəri birliyi" təşəbbüsləri artıq iflasa uğramışdır. Tehran rejiminin son ümid yeri isə Hindistan, çin və Rusiyanın bölgədəki nüfuz uğrunda iddialarıdır. Hal-hazırda Rusiya Ermənistan və Tacikistan üzərindən İranı fəal şəkildə müdafiə etsə də, Moskvada da çox yaxşı anlayırlar ki, bu iki "qara dəlik" sayəsində İran məsələsində siyasətin və iqtisadi maraqların sonu yoxdur. çünki hər iki bölgə kommunikasiya vasitəsi kimi yararlı coğrafi məkan hesab olunmur. Rusiya, sadəcə, silah-sursat biznesi sahəsində müəyyən gəlirlər əldə edə bilər. İranın iqtisadi cəhətdən çöküşü ucbatından bu qara bazar da bağlanacaq. çin İran neftinin əsas alıcısı olduğu üçün İranın ən fəal müdafiəçisi rolunda çıxış edir. Hörmüz, Fars və Oman körfəzlərində bir savaş ortaya çıxacağı təqdirdə İran neftinin çinə nəqli də dayanacaq. Belə olduğu təqdirdə, çin neytral mövqedə durmağa məcbur olacaq. Hindistanla İranı ortaq nöqtəyə yönəldən əslində fars-hindus mədəni, estetik, genetik baxışların tarixi köklərinə bağlıdır. Körfəz savaşı alovlanacağı təqdirdə Hindistan İngiltərə, Fransa və ABŞ-a məxsus Orta Doğu və Afrikadakı şirkətlərdən neft almağa məcbur olacaq. İrandakı paniranist və fars şovinist iqtidarı son 34 illik hakimiyyətinin sonunun çatdığını başa düşdüyü üçün indiki halda həddindən artıq qəzəbli bir siyasətə üz tutmuşdur. Bu, dini və ideoloji müstəvidə "şiə radikalizmi"nin gücləndirilməsi yönündə hesablanmış proseslərin alovlandırılmasıdır. Türkiyə, Suriya və İraqda kürd bölücülk hərəkatlarının ardınca Güney Azərbaycanın Urmu vilayətində etnik münaqişlərin alovlandırılması, erməni-fars etnik kulturoloji dəyərlərin körüklənməsi, Azərbaycan, Gürcüstan və Dağıstanda "şiə təəssübkeşliyi"nin radikal xarakter alması, xarici ölkələrdə İranla bağlı yaranmış ictimai institutların arasında ixtilafların böhran həddinə çatdırılması və digər köhnə siyasi oyunların dövriyyəyə gətirilməsindən ibarətdir. Qəzəbli Tehran mümkün qədər proseslərin qarşısını almaq, hətta bunu önləmək üçün dövlət büdcəsinin yarısını belə, xərcləmək üçün addımlar atmaqdadır. 34 illik mollakratiya rejiminin ölkə daxilində də dayaqları sarsılmışdır. Artıq köhnə üsulla idarəetmənin heç bir effektinin qalmadığının fərqinə varılır. Buna görə də bir sıra əsaslı addımlar atmaq məcburiyyətində qalmışdır. Belə ki, türk, türkmən, bəluc, lor, gilək, kürd, ərəb toplumlarına hüquq və azadlıqların verilməsi yönündə addımlar atmışdır. Ancaq bununla yanaşı, daxili konsolidasiya istiqamətində atdığı addımlarla elə uçurumun qarşısında dayanmasının da fərqinə vara bilmir. çünki milli məsələdə yerli mütəxəssislərin hərəkətə keçməsi üçün heç bir real şərait yoxdur. Xarici və daxili faktorlar o qədər qarışıqdır ki, Tehran rejiminin strateji hədəflərinin iflasa uğraması bölgədə yeni bir rejimin yaranmasının qaçılmaz olduğunu gündəmin mövzusuna çevirmişdir. Ənvər Börusoy ekspert Geri dön |