Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran və Ermənistanın birgə talanı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İran və Ermənistanın birgə talanı

İran və Ermənistanın birgə talanı


12 apreldə Ermənistan hökuməti İran-Ermənistan neft kəmərinin istismarı ilə bağlı texniki reqlamenti təsdiqləyib. Lentaz-ın “panarmenian” məlumatına görə, erməni baş naziri Tiqran Sarkisyan tikintiyə başlamaq üçün bu addımın vacib olduğunu söyləyib.

Bu kəmərin 2014-cü ildə başa çatdırılması planlaşdırılıb. Həmin yolla Ermənistana yalnız İslam Respublikasından deyil, eləcə də körfəz dövlətlərinin neft emalı zavodlarında istehsal olunan neft məhsulları ötürüləcək. Ermənistan ərazisində tikintini erməni tərəfi, İslam Respublikası ərazisindəkini isə İran hakimiyyəti maliyyələşdirəcək. Kəmərin istismar müddəti 25 ilə nəzərdə tutulub. Ermənistanın neft məhsullarına illik tələbatı 400 min ton olduğu bildirilir.

İslam Respublikasının informasiya vasitələrinin məlumatına əsasən, Qərbin İran neftinə sanksiya tətbiqinə baxmayaraq, Ermənistan İrandan neft və neft məhsulu ixracını artırıb. İslam Respublikası ilə Ermənistanın bu yöndə canfəşanlığı müəyyən mənada anlaşılandır. İki aydan sonra Qərbin “İran neftindən imtina” sanksiyası qüvvəyə minəcək. Elə indidən bir çox dövlət və xarici şirkətlər artıq bu yöndə fəaliyyət göstərməkdədir. Tehrana isə nefti hətta dünya bazarından ucuz satmaq üçün bazar lazımdır. Ona görə də ehtimal etmək olar ki, İrəvan İslam Respublikası rəhbərliyindən nefti ucuz alır. Çünki işğalçılığı ucbatından Ermənistanın da vəziyyəti Tehranınkından yaxşı deyil.

Beləliklə, fürsətdən istifadə edən İrəvan İranın təbii sərvətlərinin talan edilməsində İslam Respublikasına bu sayaq yardım edir.

Sədrəddin Soltan

Geri dön