Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanlılar dərdlərini Vaşinqtonda anlatdılar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Güney Azərbaycanlılar dərdlərini Vaşinqtonda anlatdılar

Güney Azərbaycanlılar dərdlərini Vaşinqtonda anlatdılar


“İranda Azərbaycanlılara qarşı rəsmi qaydada ayrı-seçkilik meylləri artıb”.

Çərşənbə günü Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda İran Azərbaycanlılarının problemlərinə həsr olunmuş konfransın iştirakçıları belə qənaətdədirlər.


“Təzyiqlərə daha çox Azərbaycan dili və mədəniyyətinin müdafiəçiləri məruz qalırlar” deyib, əsas məruzəçi qismində çıxış edən İran azərbaycanlısı Dr. Shapoor Ənsari.
Onun təbirincə, bir tərəfdən rəsmilər, konkret olaraq xarici işlər naziri Əli Əkbər Salehi İran əhalisinin 40 faizinin türkdilli olduğunu etiraf etsə də, digər yandan bu dildə ölkədə bir dənə olsun təhsil ocağının yoxluğuna aydınlıq gətirməkdən yayınırlar.

"Haqlarını tələb edənlərin" taleyi
Bu haqları tələb edənləri isə məsələn, tanınmış jurnalist Səid Mətinpur kimi, uzun illərin həbsxana həyatı gözləyir.

Hüquqi cəza ilə yanaşı, rejim Azərbaycan dili tərəfdarlarını mənəvi təzyiqlərə məruz qoyur, belə ki, rəsmi mediada onlar “avam və savadsızlar” kimi təqdim olunur.

"Azərbaycan dilində təhsillə yanaşı, Radio və TV yayımlarına da ölkə ərazisində qadağan qoyulub"

İrandakı azərbaycanlılar dediklərindən

Bununla rejim, Ənsarinin təbirincə, qeyri-fars millətlər arasında “özünüinkar” toxumu səpməyə çalışır, belə ki, bəzən onlar açıq kütlə qarşısında kimliklərini gizlətməkdən başqa çarə tapmırlar.

Azərbaycan dilində təhsillə yanaşı, Radio və TV yayımlarına da ölkə ərazisində qadağan qoyulub.

Cənab Ənsari İranın xarici siyasətində də anti-Azərbaycan meyllərinə diqqəti çəkib.


Belə ki, onun təbirincə, Qarabağ müharibəsinin başlanğıcında İran sərhəd qapılarının Azərbaycandan gedən qaçqınların üzünə bağlamışdı, halbuki, oxşar vəziyyətlərdə Əfqanıstan, İraq və hətta Küveytdən olan qaçqınlar İrandan humanitar dəstək görə biliblər.

“İran həmçinin Ermənistanın Azərbaycan ərazilərini işğalına göz yumur, hərçənd, Yaxın Şərqdə İsrailin Fələstin topraqlarını tərk etməsinə Tehran lobbiçilik edir”, deyib cənab Ənsari.

Digər məruzəçi ABŞ Hərbi Akademiyasından Huseyn Pənahov isə diqqəti tarix boyu İranda müxtəlif rejimlərin azərbaycanlılara qarşı ədalətsiz münasbətinə çəkib.

Baxmayaraq ki, bu rejimləri olduqca böyük dəyərlər və fərqli siyasət fərqlədirir, o deyib, “Azərbaycan məsələsindən hamısı eyni fikirdədirlər.

“Bu millətin İranda güclənməsinə imkan vermək olmaz, çünki onların sayı həddən artıq çoxdur”.

Geri dön