Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Zəlimxan Yaqubun M.Ə.Rəsulzadə ilə bağlı şeiri
Zəlimxan Yaqubun M.Ə.Rəsulzadə ilə bağlı şeiri |
Kişi (Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələr)
Yetmiş ilik ayrılıq axır ki, çatdı sonra, Salam! Rəsul övladı Məhəmməd Əmin kişi! Yordum uzaq yolları, səsinlə, sorağınla, Qırdım axır belini həsrətin, qəmin, kişi! Məzarına baxanın kirpiyində nəm gördüm, Ağ mərmərin üzündə qara donlu qəm gördüm, Sənin kimi yarımaz bir qisməti kəm gördüm, Acıdım taleyinə min bəxti kəmin, kişi! Sağ olsun məzarını ağ mərmərə tutanlar, Dilindəki sözləri seçib zərə tutanlar. Qoy tarixdən utansın səni şərə tutanlar, Yaman getdi əlindən fürsətin, çəmin, kişi! Tanrı səni yaratdı, bir də çətin yarada, Sən qurtuluş istədin, qanlar axdı arada. Beşiyin Bakıdadır, məzarın Ankarada, Sənin Vətəndən özgə kimin var, kimin, kişi! Nələr çəkib başımız, dərddimizdən halıydın, Yaralı bir nəğmənin unudulmaz xalıydın. Sən də bizim torpağın Mustafa Kamalıydın, Heyif! Sümbül tutmamış biçildi zəmin, kişi! Səndən sonra gələnlər qara yeltək əsdilər, Bizi bizdən almağa coşdular, tələsdilər. Məğrur saraylar yapan düz əlləri kəsdilər, Daşı düz qoyulmadı özülün, himin, kişi! Ana öz övladını qoymaz gözdən yana, Vətənin ölməz oğlu, gedək Azərbaycana. Millət "İstiqlal!" -deyə yenidən gəlir cana, Özün çal havasını köklənən simin, kişi! Əzilməz xalqın kökü, dərindədir, dərində, Zaman çəkib oturdar hər kəsi öz yerində, İllər gəlib keçsə də sən xalqın nəzərində Yenə həmin oğulsan, yenə də həmin kişi! Bu böyük həqiqətə əmin ol, əmin, kişi! "Ziyarətin Qəbul Olsun", Gənclik 1991 Geri dön |