Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > “Elçibəyi vahid namizəd olmağa qoymadılar”
“Elçibəyi vahid namizəd olmağa qoymadılar” |
"Araz Əlizadə Bakının Nərimanov rayonunda "Tehran" mağazası açmışdı"
"Mandatını Araz Əlizadənin əlindən almaq lazımdır" Yunus Oğuz: "Bizdə müxalifətçilər var ki, həmişə xaos arzulayırlar" Azərbaycanın mərhum prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin keçmiş müşaviri, yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz "Cümhuriyət" qəzetinin suallarını cavablandırıb. Yunus Oğuzla ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə aydınlıq gətirməyə çalışdıq. Müsahibədə həmçinin son günlərdə Əbülfəz Elçibəy ətrafında yaradılmış polemikaya da toxunulub. Cebhe.info müsahibəni təqdim edir. "Böhrandan çıxmaq mümkündür" - Ölkəni cənginə almış sosial-iqtsadi böhranla bağlı müxtəlif fikirlər var. Bəzilərinə görə bu böhran qlobal iqtisadi böhranın tərkib hissəsi, bəzilərinə görə ucuzlaşan neftin yaratdığı fəsadlar, bəzilərinə görə də hökumətin yanlış siyasətinin uzun illərdən sonra ortaya çıxan nəticəsidir. Siz nə düşünürsüz? - Bu böhran təkcə Azərbaycanda baş vermir, dünyanın hər yerində böhran var. Azərbaycanla müqayisədə bir çox ölkələrdə problemlər daha dərindir. Məsələn, Ermənistandakı böhran daha dərindir. İnsanlar çökən Ermənistandan qaçırlar. Təbii ki, ölkəni böhrandan çıxarmaq dövlət rəhbərliyinin işidir. Düşünürəm ki, son zamanlarda görülən işlərlə, qəbul edilmiş "Yol xəritəsi" ilə böhrandan çıxmağın işartıları görünür. İnflyasiya, devalvasiya, manatın ucuzlaşma trendi, bazarlarda qiymətlərin artması böhrana gətirib çıxardı. Bunlar daxili məsələlər idi. Bir sıra daxili məsələlər də xarici amillərlə bağlı olduğu üçün, neftin dünya bazarlarında kəskin şəkildə ucuzlaşması böhranı şişirtdi. Düşünürəm ki, bu problemlərdən çıxış yolu göstərilib. Bunlarla böhranı aradan qaldırmaq mümkündür və bu həll olunur. "İnsanlar xaos istəmir" - Lakin böhran hələ ki, davam edir və bu narazılıq yaradır. İnsanlarda isə belə fikir formalaşıb ki, müxalifətin baş verənlərə münasibəti adekvat deyil və müxalif düşərgə hökumətə öz etirazını sərt şəkildə bildirməli, işlək vəziyyətə gətirməlidir. - Bugünkü müxalifət tamam başqa formatdadır. 15-20 il əvvəlki müxalifət yoxdur. Əlbəttə, dövlət varsa, bundan narazılıq hökmən olacaq, işlənilən yerdə də çatışmazlıqlar olacaq. Bu narazılıq da geniş miqyas almırsa, demək ki, bu lokal xarakter daşıyır. Həmişə hər bir sahədə narazılıq olur. Adi məişət məsələlərinə münasibətdə də narazılıqlar ortaya çıxır. Amma bu narazılıqların müxalifət tərəfindən istiqamətləndirilməməsi tamam başqa məsələdir. İndiki müxalifət də o zamankı müxalifət deyil. Lakin bütün hallarda insanlar ölkədə xaosun olmasını istəmirlər. Bizdə müxalifətçilər var ki, həmişə xaos arzulayırlar. Bu xaosun içində, bulanıq suda balıq tutmaq istəyirlər. Ziyalıların müxalif düşərgədən getmələri, baş verənlərdən kənarda durmaları müxalifəti pis vəziyyətdə qoydu. Bir o vaxtkı müxalifətin, bir də indiki müxalifətin tərkibinə baxın, nə qədər fərqlər görəcəksiz. Bugünkü ənənəvi müxalifət heç sözdə də müxalifətçilik edə bilmir. Amma 20 il əvvəlki müxalifət həssas situasiyada istər iqtisadi, istər sosial, istərsə də siyasi sahələrdə təkliflərini verirdilər, ziyalılar aktiv idilər. Verdikləri təkliflərin arxasında dururdular. Bu təkliflərin həyata keçməsi üçün mitinqlər, yürüşlər, aksiyalar keçiridilər. İndi bunların heç biri yoxdur. İndi bəziləri xaricə getmək üçün mitinq keçirir, buna görə də bir-iki nəfəri döydürürlər, guya böyük mitinq ediblər. "Düşünən beyinləri müxalifətdən uzaqlaşdırdılar" - Bəs vəziyyət niyə bu yerə çatdı, "ənənəvi müxalifət" adlandırılan düşərgə uğurlu ola bilmədi? - Səbəbini dedim, əsas səbəb ziyalıların kənara çəkilmələriylə bağlıdır. Ənənəvi müxalifət liderləri düşünən beyinləri bu düşərgədən uzaqlaşdırmaq kursunu seçdilər. Onların da yalnız hay-küyçü lətifələri qalıb. Ziyalılar ortadan çıxdıqdan sonra hay-küyçülər meydana doluşdular. Əvvəllər nəzəri və praktiki olaraq təcrübələri olan ziyalılar vardı ki, həmin ənənəvi siyasi partiyaların sədrləri onları qaçırdılar. Bəziləri də bu hay-küyçülərin ah-vayından utandıqları üçün kənara çəkildilər. Müxalifətin xeyli dərəcədə zəifləməsinin, səsinin eşidilməməsinin ilk səbəbi budur. İkinci səbəb ənənəvi müxalifətin kütlədən, xalqdan ayrıllmasıyla bağlıdır. Üçüncü, səbəb müxalifətin həm daxildən, həm də xaricdən maliyyə mənbələri axtarmasıdır. Həmin düşərgənin bəzi simaları tapdıqları maliyyə mənbələrini sırf öz maraqlarına, özlərinə sərf edən insanlara xərcləməyə başladılar. Bu məsələlərlə bağlı kifayət qədər faktlar saya bilərəm. Həmin səbəblərə görə, müxalifət xeyli dərəcədə zəiflədi və səsi eşidilməz oldu. - Siz də bu məsələyə toxundunuz, zaman-zaman da media və ictimaiyyət arasında müzakirə olunur. Niyə ənənəvi müxalifət xaricdən maliyyə mənbələri axtarışına çıxdı, hakimiyyət bu düşərgə ilə işləyə bilmədimi, yoxsa... - Yox, söhbət təkcə hakimiyyətdən getmir. Həmin müxalif düşərgə ölkə daxilində müəyyən sosial təbəqələrə istinad etmədi. Bunun da səbəbi bu idi ki, bəzi xarici siyasi dairələr onları inandırmışdılar ki, kütlə psixologiyasından asılı olaraq, həmin dövr gələndə xalq ayağa qalxacaq və sizi hakimiyyətə gətirəcək. Hakimiyyətə gəlmək iddiası həmin şəxslərin gözlərini uzun müddət elə bağladı ki, onlar həm xalqdan, həm dövlətdən, həm də ziyalılardan ayrıldılar. Bütün diqqətlərini arxalarında duran xarici qüvvələrə dikdilər. İqtidar da çörəyi gözünə yemirdi axı. Hansı informasiyanın haradan ötürüldüyünü görürdü, bütün dünyanın informasiyaları əlindədir. Son nəticədə də vəziyyət belə olmalıydı. - Yunus bəy, son günlərin əsas müzakirə mövzusu Araz və Zərdüşt Əlizadə qardaşlarının Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyə və milli dəyərlərə qarşı hücuma keçmələriylə bağlıdır. Elçibəyi yaxşı tanıyan adamlardansınız, sizcə o, Əlizadələrə qarşı hansı hərəkəti etmişdi ki, bu gün də onu bağışlaya bilmirlər? - Hələ SSRİ dağılmamışdı, Qorbaçov hakimiyyətdə idi. Həmin vaxt Araz Əlizadə Bakının Nərimanov rayonunda "Tehran" mağazası açmışdı. Tehrandan gətirdiyi malları burada satırdı. Bu nə demək idi? Həmin vaxt Tehrandan Bakıya təkcə Araz Əlizadə mal gətirib sata bilirdi. Bu o demək idi ki, Araz Əlizadə Moskvanın razılığıyla bu dükanı açmışdı. Ümumiyyətlə, Əlizadələr ailəliklə həmişə Elçibəyin əleyhinə olublar. Onlar haqqında ən yaxşı sözü İskəndər Həmidov deyib... Mandatını Araz Əlizadənin əlindən almaq lazımdır. O, bu xalqı, əksəriyyətin türk olduğu bir xalqı təhqir edir. Belə bir adam bu xalqı necə təmsil edə bilər? - Siz Elçibəyi necə xatırlayırsız? Onunla bağlı hansı maraqlı məqamları aça bilərdiz? Məsələn, sonuncu görüşünüz barədə danışardız. - Mənim Elçibəylə çox görüşüm olub. Müxalifət 1998-ci ilin prezident seçkilərinə hazırlaşırdı. Həmin dönəmdə güclü müxalifət vardı və bu düşərgənin əsas hədəfi seçkilərə vahid namizədlə qatılmaq idi. Amma buna imkan vermədilər. SİDSUH deyilən bir blok qurulmuşdu. Bu qurumun da 5 potensial namizədi vardı, həmin namizədlərdən ikisi vahid namizəd məsələsinin həyata keçməsini qoymadı. Həmin vaxt Elçibəyin bir sözü yadımda qalıb, o dedi ki, "Məni namizəd olmağa qoymadılar". Elçibəydən sonra parçalanmalar və dağıntıların olacağı gözlənilən idi. Çünki Elçibəy bu düşərgədə daha çox birləşdirici funksiyanı yerinə yetirirdi. Bundan sonra Elçibəyin özünün belə rəhbərlik etdiyi Xalq Cəbhəsinin özü bir neçə yerə parçalandı. Digər siyasi qüvvələr də parçalandılar. İndiki ənənəvi müxalifət liderlərinin heç biri bu birləşdirici funksiyanı yerinə yetirə bilmirlər, gənclər də həmin şəxslərə inanmırlar, inanmaq həvəsində də deyillər. Çünki kənardan bu ənənəvi liderlərə verilən maliyyə imkan vermir ki, onlar birləşdirici funksiyanı yerinə yetirsinlər. Davamı var... Mənsur Rəğbətoğlu Geri dön |