Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq

Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq


Aprelin 1-dən etibarən 38/37 nömrəli Baki-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq.

Bu barədə Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, İsveçrə frankının Azərbaycan manatına qarşı bu günə olan məzənnəsinə uyğun olaraq, Bakıdan Tbilisiyə kimi gediş haqqı, yataq dəstinin istifadəsi və komisyon yığım daxil olmaqla, plaskart vaqonda – 30,16 AZN, kupe vaqonda – 44,50 AZN və SV vaqonda - 83,77 AZN təşkil edirsə, gediş haqları aşağı salındıqdan sonra bu günə olan məzənnə ilə plaskart vaqonda – 24,54 AZN, kupe vaqonda –35,32 AZN və SV vaqonda -58.43 AZN təşkil edəcək.

Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da uyğun olaraq dəyişəcək.

Geri dön