Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Dünya Bankı Azərbaycanın bank sektrorunda problemli kreditlərin həllinə kömək edəcək
Dünya Bankı Azərbaycanın bank sektrorunda problemli kreditlərin həllinə kömək edəcək |
SECO və Dünya Bankı ilə əməkdaşlıq qabaqcıl beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanı verəcək.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün MBNP, İsveçrənin İqtisadi Məsələlər üzrə Katibliyi (SECO) və Dünya Bankı Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının (FSMP2) təqdimatında deyib. R.Aslanlı bildirib ki, Azərbaycan hazırda tənzimləyici baza və institutlarını gücləndirməklə maliyyə sektorunun transformasiyası məqsədilə hərtərəfli islahatları hayata keçirməkdədir. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi deyib: "İnanıram ki, İsveçrə tərəfindən maliyyələşdirilən Dünya Bankının bu layihəsi maliyyə sektorunun gələcək dayanıqlı inkişafinı təmin etmək, iqtisadi artım və iş yerlərinin yaradılmasında bu sektorun rolunu artırmaqda Azərbaycanın dövlət qurumlarına yardım etmək üçün vaxtında irəli sürülüb". İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin region direktor müavini Simon Haberli qeyd edib ki, İsveçrə hökuməti Azərbaycanı iddialı iqtisadi, maliyyə və sosial islahatların həyata keçirilməsində dəstəkləməyi davam etdirmək əzmindədir: "Maliyyə sektorunun davamlı modernləşdirilməsi və inkişafı, о cümlədən əsas maliyyə infrastrukturu iqtisadi artım və Azərbaycan əhalisinin daha güclü sosial və maliyyə müdafiəsinin təmin olunması üçün vacibdir". Layihənin məqsədi hüquqi və tənzimləyici bazanın genişləndirilməsi, Palatanın nəzarət potensialının gücləndirilməsi, əmanətçilər və maliyyə xidməti istehlakçılarının maraqlarını qorumaq məqsədilə maliyyə təhlükəsizliyinin gücləndirilməsi vasitəsilə Azərbaycanın maliyyə sektorunu stabilləşdirmək və inkişafına dəstək verməkdən ibarətdir. Layihə çərçivəsində sektorda həyata keçirilən əsas islahatların dəstəklənməsi məqsədilə tövsiyələrin hazırlanması, beynəlxalq təcrübənin bölüşülməsi və texniki yardımın təmin olunması üçün dövlət və özəl sektordan müxtəlif maraqlı tərəflərlə tərəfdaşlıq ediləcək. FSMP2 maliyyə sektorunun potensialının artırılması və iqtisadi artımın dəstəklənməsi məqsədilə kreditləşmənin yenidən həyata keçirilməsi üçün Azərbaycanın maliyyə sektorunda bir sıra prioritet sahələri, о cümlədən hüquqi və tənzimləyici bazada islahatlar, maliyyə bazarlarına nəzarət qurumu olan Palatanın potensialının gücləndirilməsi, bank sektorunun stabilləşdirilməsi, əmanətlərin sığortalanması bazasının gücləndirilməsi, maliyyə istehlakçılarının müdafiəsinin gücləndirilrnəsi və problemli kreditlərin restrukturizasiyasının dəstəklənməsini əhatə edəcək. FSMP2 İsveçrə hökumətindən aynlmış 3 milyon dollar məbləğində qrant hesabına Dünya Bankı tərəfindən 2017-2020-ci illər ərzində icra ediləcək. Geri dön |