Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlandı

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlandı


Respublikanın çay və transsərhəd çaylarında sululuq səviyyəsinin statistikası açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 200-210, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-220 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 183 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 110 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 4, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 469 sm (2016-cı il fevralın 24-də 448 sm), Şirvanda 357 sm (2016-cı il fevralın 24-də 307 sm), Salyanda 321 sm (2016-cı il fevralın 24-də 273 sm), Bankədə 239 sm (2016-cı il fevralın 24-də 214 sm), Araz çayının Novruzlu məntəqəsində isə 185 sm (2016-cı il fevralın 24-də 168 sm) təşkil edir.

Geri dön