Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda hakim rejimə qarşı etirazların sayı gündən-günə artır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Ermənistanda hakim rejimə qarşı etirazların sayı gündən-günə artır

Ermənistanda hakim rejimə qarşı etirazların sayı gündən-günə artır


Ermənistanda hakim rejimə qarşı etirazların sayı gündən-günə artır.

Yazıçı-ssenarist Vaqram Martirosyan deyib: “Ölkədə dəyişikliklər istəyiriksə, buna yuxarılardan başlamaq lazımdır. Əvvəlcə hakimiyyətdəki cinayətkar dəstənin istefasına nail olmalıyıq”.

Vaqram Martirosyan apreldə keçiriləcək parlament seçkilərinin də Ermənistana yaxşı heç nə vəd etmədiyini açıqlayıb. Onun sözlərinə görə, bütün bunlar cinayətkar Sarkisyan rejiminin bir qədər də möhkəmlənməsi üçündür. Bu şəxslər ölkə üçün onu təcrid vəziyyətinə salmaqdan başqa heç nə etməyiblər. Heç müxalif partiyalara da güvənmək olmur. Onlar gah birləşirlər, gah parçalanırlar, alırlar, satırlar. Belə vəziyyətdə sağlam gələcəyə ümid etmək olmaz.

Keçmiş müdafiə naziri Seyran Ohanyan ittihamlara cavab olaraq bildirib ki, hazırda onun həyatı üçün təhlükə var. Sarkisyana qarşı müxalif qüvvələrlə birləşdiyi üçün təzyiqlərə məruz qalır. Onun həbs olunacağı da gündəmdədir. Ohanyan heç nədən qorxmadığını açıqlayıb.

Aprelin 2-də keçiriləcək parlament seçkisinə birlikdə gedən “Ohanyan-Raffi-Oskanyan” blokunun seçki siyahısına keçmiş müdafiə naziri başçılıq edir. Hədəfin nəyə görə məhz Ohanyan olduğuna gəldikdə, keçmiş nazir deyib ki, onların bloku nəzarət altında olmayan, sərbəst, ideya və xalqın maraqları əsasında hərəkət edən yeganə qüvvədir və fəaliyyətlərini sonadək davam etdirəcəklər.

Geri dön