Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu dünyada yerin yoxdur , yağı düşmən,
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Bu dünyada yerin yoxdur , yağı düşmən,

Bu dünyada yerin yoxdur , yağı düşmən,


Bu dünyada yerin yoxdur, yağı düşmən,
O dünya da sənin üçün hayıfdır.
Bu dünyada yaşamağın,
sağ qalmağın
həyat eşqi olanlara
ayıbdır.


( Vətən yolunda şəhid olanların ruhuna həsr edirəm)


Sökün xəndəkləri,sökün bəndləri,
bu nədir, ölkələr çəpərli, çöllər çəpərli?
Dünya başdan başa gülüstan olsun,
İşini dəyişsin ordu ləşkəri.

Döyüş çöllərində bağlar salınsın,
Gələn nəsillərin toyu çalınsın.
Paxıllar,bədxahlar yansın,yaxılsın,
Başlansın dünyanın yeni günləri.

Qazsın su arxları səngər qazanlar,
Qursun məclisini aşiq ozanlar.
Nəğmələr qoşsunlar ağı yazanlar,
Qaynasın qanları coşsun eşqləri.

Nəyimə gərəkdir bu tüfəng mənim,
Əgər tükənibsə daha düşmənim
Bir halda batıbsa aha düşmənim,
Təxirə salınsın döyüş məşqləri.

Göyüş məşqlərini davam etdirək,
Elmi silahımız düşməni kəssin.
Ağrısı pislərin özünü kəssin,
Dağılsın başına mülk və köşkləri,

Biri deyər dəvələrim böyüsün,
Biri deyər nəvələrim böyüsün.
Bu dünyada xoş məramlı sülh üçün
Çıxarılsın yırtıcının dişləri.

Ehey!.. Orda sözlərimə gülənlər,
Silahım var kəlləndəki tük qədər...
Hələ sağsan,qorunsan da bir təhər
Var-yoxuna söyəcəklər nəsillər.

Əy başını, öz başını, daz başını,
Deyən sənin filan yerin çox qaşınır,
Bu dünyada yerin yoxdur,
o dünyaya yük daşınır,
Tez ol yüyür,
çat maşına,
çat maşına

danqırını,
at maşına,
at maşına....

Nazim Nəsrəddinov.

Bakı.
25.02.2016.

Geri dön