Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Ermənilərin törətdikləri qətliamlar - Rusiya arxivlərində - FAKTLAR
Ermənilərin törətdikləri qətliamlar - Rusiya arxivlərində - FAKTLAR |
Ermənilərin etdikləri əməllər, törətdikləri qətliamlar barəsində illərdir ki, istər Türkiyə, istərsə də Azərbaycan alimləri ortalığa minlərlə sənəd, sübutlar qoyublar. Təəssüf ki, dünyada haqq-ədalətdən dəm vuranlar bu faktları hələ də görmək istəmirlər...
Aradan bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq başda erməni yanlıları olmaqla, ermənilərin özləri də həmin tarixi faktları qəbul etmək niyyətində deyillər. Niyə?! Çünki həmin beynəlxalq güclər erməniləri hər zaman öz məqsədləri üçün istifadə ediblər, bu gün də həmin “istifadə etmə” texnologiyası dəyirman daşı kimi fırlanmaqdadır... Ancaq nə edəsən ki, tarix heç nəyin üstünü örtmür. Lakin o vaxtdan müəyyən müddət keçsə də, həmin faktlar gün üzünə çıxır və kimin nə əməl sahibi olduğu da ortaya tökülür. Bir sözlə, arxivlərdə daşnakların istər Osmanlı, istərsə də Azərbaycan türklərinə qarşı həyata keçirdikləri qətliamlarla bağlı faktlar kifayət qədərdir. Elə ermənilərin üzdə olan rəhbərləri tərəfindən daşnakların XX əsrin əvvəllərində etdiyi vəhşiliklərə haqq qazandıran bir sıra çıxışlar və yazıları da əlahəzrət faktlarla təsbit olunur. Belə sənədlər içərisində türkiyəli araşdırmaçı Mehmet Perincəyin Rusiya dövlət arxivlərindən üzə çıxardığı materiallar xüsusi maraq doğurur. Biz də oxuyub, incələdiyimiz həmin arxiv materiallarına ayrı-ayrılıqda heç bir şərh vermədən, faktları müəllif düşüncələri içərisində əritmədən, necə varsa eləcə - olduğu kimi oxucuların ixtiyarına buraxırıq. Beləliklə, faktlar olduğu kimi... Daşnaksütyunun orqanı olan “Orizon” qəzetində 1912-ci ildə nəşr edilən məqalədə deyilir: “Türk dövlətinin səlahiyyətliləri və iqtidar sahibləri bilsinlər ki, nə bir türk, nə də bir Türk dövləti bundan sonra erməni üçün heç bir dəyər daşımır. Varlıqlarını qorumaq üçün başqa yollar düşünsünlər...” (“Orizon” N-196, 1912-ci il. Yazan K.N.Karamyan, Polojenie Zapadnıy Armyan, “Armyanskiy Vopros”i Mejdunarodnaya Diplomatiya v Poslednıy Çetverti XIX veka i naçala XX veka, s. 81, Yerevanski qosudardtennıy universitet, Erivan, 1972.) *** 1915-ci ilin fevralında Tiflisdəki bütün Ermənistan milli konqresində Daşnaksütyun hərbi qanadının təmsilçisinin çıxışından: “Məlum olduğu kimi, rus hökuməti müharibənin başlanğıcında Türkiyə ermənilərini silahlandırmaq və müharibə vaxtı ölkə daxilində qiyam qaldırmaq üçün hazır hala gətirmək məqsədilə hazırlıq xərci olaraq 242.900 rubl verdi. Könüllü birliyimiz Türk ordusunun müdafiə xəttini keçib qiyamçılarla birləşərək ön və arxa cəbhələrdə anarxiya yaradaraq rus ordularının keçməsini təmin edəcək.” (B.A.Boryan, Armeniya, Mejdunarodnaya Diplomatiya i SSSR, c.1, s.360, Qosudarstvennoe İzdatelstvo, Moskva-Leninqrad, 1929.) *** A.A. Lalayanın “Daşnaksütyun Partiyasının İnqilabda rolu” məqaləsindən: “Daşnaksütyunun diktatorluğu dönəmində (1918-1920) qeyri-erməni əhalisinə qarşı qanunsuzluqlar baş verirdi. Daşnaksütyunun “fikri” erməni torpaqlarında yaşayan azərbaycanlıları və kürdləri məhv edərək ölkəni “erməniləşdirməkdi”. İki il yarımlıq hökmranlıqları dövründə daşnaksütyun Ermənistanda yaşayan azərbaycanlıları öldürüb yağmalayaraq, kənd və qəsəbələrə od vurub yandırdılar. 1918-1919-cu illərdə daşnak hökuməti “dövlətin tələblərini yerinə yetirmədilər” bəhanəsi ilə azərbaycanlı və kürd kəndlərinin insanlarını bombaladı (həmçinin erməni kəndlərini də bombaladı). 1920-ci ildə isə ermənilər fəhlə və kəndlilərinin may qiyamının yatırdılmasından sonra daşnaksütyun “müsəlmanlar bizim düşmənimizdir” şüarı altında azərbaycanlı və kürd kəndlərini bombalayaraq sadə insanları məhv etdi.” (A.A.Lalayan, “Kontrrevolyutsionnaya rol partii daşnaksutyun”, istoriçeskie Zapiski, N. 2, s. 101, 1928.) *** T.Haçikoğlyanın Sovet Ermənistanı Qızıl Ordu atıcı diviziyasının 10-cu il dönümü münasibətli ilə Qızıl Ordu tərəfindən nəşr edilən kitabçasından: “Şərəfsiz daşnak “cümhuriyyəti”nin qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə türkü məhv etdikləri, kəndlərini yandırıb külə çevirdikləri Zəngəzur, Şərur, Dərələyəz, Meğri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki türk kəndlərində yaşanan vəhşiliklər, qətliamlar, soyğunçuluqlar hələ də yaddaşlardan silinməyib. Əsgərlərdə yaltaqlıq, keyfiyyətsizlik, çalıb-çapmaq, başqasının hesabına yaşama, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı.” (T.Haçikoğlyan, 10 let Armyanskoy Streklovoy Divizii, s. 4-6, iz datelstvo Polit Uprav. KKA, Tiflis, 1930 ) *** Daşnak zabitinin 1920-ci ildə Bəyazit bölgəsindən yazdığı hesabatda isə deyilir: “Basar-Keçərdəki Türk əhalisini bir-birindən ayırmadan məhv etdim. Bəzən güllələr heyf olmasın deyə bu köpəklərin döyüşdən sonra sağ qalanlarını bir yerə yığıb quyuların içinə dolduraraq ağır qayalarla əzmək lazım gəlir. Mən də elə etdim. Bütün kişiləri, qadınları, uşaqları toplayıb quyulara doldurdum və sonra da qaya parçaları ilə əzərək həyatlarına son verdim.” (A.A.Lalayan, “Kontrrevolyutsionnaya Rol Partii Daşnaksutyun”, İstoriçeskie Zapiski, No. 2, s. 101, 1928; A.A.Lalayan, “Kontrrevolyutsionnıy “Daşnaktsutyun” İmperialistiçeskaya Voyna 1914-1918 qq.”, Revolyutsionnıy Vostok, No.2-3, s. 92 vd, 1936.) *** ...Daşnak komandiri qərargahlarına göndərdiyi 14 noyabr 1920-ci il tarixli raportunda (Daşnak hökumətinin ordu komandiri tərəfindən fərarilik edən əsgərləri axtarmağa Eçmiədzin qəzasından Gümrü kəndlərinə getmək üçün bir zabit göndərirlər. Bu raport da daşnak komandiri tərəfindən zabitin ifadələrinə əsasən hazırlanıb) deyilir: “Gümrü bölgəsinin erməniləri daşnak zabitini düşmən kimi qarşılamış və hətta bir neçə dəfə onu türklərə təslim etməyə çalışıblar. Bir çox kənddə xalq etiraz edir və əsgərlərə düşmən gözü ilə baxırlar. Bəzi kəndlərdə qırmızı bayraqlar asılıb. Zabit M., kənddə Selçan ermənilərindən ibarət atlılarla gedərkən Türk süvari dəstəsi ilə qarşılaşıb. Burada türklər duz-çörəklə qarşılanırlar. Kənddə qadınlar yemək bişirmək üçün qazanlar asmışdılar. Zabit onlardan yeməyi kimlər üçün hazırladığını soruşduqda ona belə cavab veriblər: “Təbii ki, türklər üçün, sizin üçün deyil.” (Ermənistan SSRİ Mərkəzi Dövlət Arxivi, fond 68/200, dosya 867, səhifə 278. Tərcümə edən A.M.Elçibekyan, Velikaya Oktyabrskaya Sotsialistiçeskaya Revolyutsiya i pobeda Sovetskoy Vlasti v Armenii, s. 209, İzdatelstvo An Armyanskoy SSR, Erivan, 1957.) Rəşad Sahil Geri dön |