Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cüdo üzrə Azərbaycan millisinin “Böyük dəbilqə” beynəlxalq turniri üçün heyəti açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Cüdo üzrə Azərbaycan millisinin “Böyük dəbilqə” beynəlxalq turniri üçün heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan millisinin “Böyük dəbilqə” beynəlxalq turniri üçün heyəti açıqlanıb


Martın 10-12-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan millisinin yarış üçün heyəti açıqlanıb. Yarışda ölkəmizi 51 cüdoçu təmsil edəcək.

Məşqçilər heyəti kişilərin yarışında Orxan Səfərov, Oruc Vəlizadə, Mehman Sadiqov, Natiq Qurbanlı (hamısı 60 kq), Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Vüqar Şirinli, Emil Həsənov (hamısı 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Elvin Mustafayev, Telman Vəliyev (hamısı 73 kq), Afiq Səfərli, Rüfət İsmayılov, Tural Hüseynov, Vüqar Bayramov (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Əbdulhaqq Rəsullu, Aslan Mirzəyev (hamısı 90 kq), Elmar Qasımov, Elxan Məmmədov, Zelim Kotsoyev, Sənan Əhmədov (hamısı 100 kq), Uşanqi Kokauri, İsa Hüseynov, Ayxan Cəfərov və Kənan Abdullaxanlıya (hamısı 100 kq-dan yuxarı) şans verəcəklər.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva, Şəfəq Məmmədova, Şəfəq Həmidova (hamısı 48 kq), Nəzakət Əzizova, Gülşən Nəzərova, Gültac Məmmədəliyeva (hər üçü 52 kq), Səkinə Zairova, Leyla Şahin, Günel Bəkirzadə, Şəhanə Əlməmmədova (hamısı 57 kq), Xanım Hüseynova, Nuriyə Axundova, Gülsədəf Kərimova, Diana Şoranova (hamısı 63 kq), Validə Mirzəzadə, Nərgiz İbrahimova, Rəfiqə Mənsimova, Nərgiz Hacıyeva (hamısı 70 kq), Günel Həsənli, Fəridə Səfərova (hər ikisi 78 kq), Şəms Hacıyeva və Bəsti Səfərova (78 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.

Geri dön