Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Mənim retro yazılarım
Mənim retro yazılarım |
Mənim retro yazılarım,
Dözün hələ,dözün hələ. Alimlərin cübbəsinə Salacaqsız bir vəlvələ, Dözün hələ,dözün hələ. Çapına söz verən çoxdur, Söz verib, pul verən yoxdur, Bir kimsədə kərəm yoxdur, Kəndisini alsın ələ, Dözün hələ,dözün hələ. Şirvanidən yazanların, Hər sətrini yazanların, İnciməyin sazanların Səsi çıxır bəzən zilə, Dözün hələ,dözün hələ. Ələkbərin şeirləri, Söz incisi,dəyərləri, Cəlb etməyir bir nəfəri. Dostlar deyir gülə-gülə Dözün hələ,dözün hələ. Biri deyir,arxayın ol, Biri deyir gəl,dayım ol. Çap işini heç bircə yol, Gətirən yox,Vallah dilə Deyirlər ki, dözün hələ. Beş kitablıq xəzinədir, Mən bilirəm bunlar nədir. Hər bir halda beş külçədir. Belə külşə düşməz ələ, Dözüm hələ,dözüm hələ? Ah ey əcəb, mən nə deyim, Var nə qədər, kor kütbeyin Kitabları löyün-löyün.. Mən bunları bilə-bilə Dözüm hələ,dözüm həıə? Bir az səbr...Gün gələcək Toy dügünlə bir gələcək Söz içində sirr gələcək, Uçacaqsız eldən- elə Dözün hələ,dözün hələ. Nazim Nəsrəddinov Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi, ƏN YAXŞI MÜƏLLİM MÜSABİQƏSİNİN QALİBİ, türkoloq. 28.02.2017. Geri dön |