Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Ermənilər arxeoloji yox, siyasi qazıntı aparırlar"
Ermənilər arxeoloji yox, siyasi qazıntı aparırlar" |
Arxeoloqlarımızdan ermənilərin tarixi iddialarını alt-üst edən açıqlamalar
Təvəkkül Əliyev: “İlin 15 günü tədqiqat, 345 günü təbliğatla məşğuldulrlar” Qarabağ işğal olunandan sonra ermənilər bu işğala haqq qazandırmaq üçün müxtəlif vasitələrə əl atırlar. Bu bölgənin min illər yaşı olan tarixi abidələri ya dağıdılır və izləri silinir, ya da erməniləşdirilir. Xəbər verdiyimiz kimi, ermənilər indiyədək Qarabağda azərbaycanlılara və alban tarixinə aid olan minlərlə abidəni erməniləşdirib. Həmçinin Qarabağda “qədim erməni yaşayış məskənləri tapmaq” üçün qurama arxeoloji qazıntılar aparılır. Ermənilərin iddialarının nə dərəcədə əsaslı olduğunu isə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Təvəkkül Əliyev danışacaq. Müsahibimiz 1989-cu ilə qədər Gəncə-Qazax arxeoloji ekspedisiyasının tərkibində fəaliyyət göstərib. Qarabağ arxeoloji ekspedisiyasının üçüncü dəstəsinə rəhbərlik edib. Cəbrayılda, Zəngilanda arxeoloji qazıntılar aparıb. T.Əliyev bildirdi ki, 2005-ci ildən başlayaraq Ermənistan EA Arxeologiya və Etnoqrafiya İnstitutu Dağlıq Qarabağa ekspedisiya göndərir: “Dağlıq Qarabağda ermənilərin apardığı axtarışlara Hamlet Petrosyan adlı bir nəfər başçılıq edir. Yay aylarında cəmi 10-15 gün Qarabağda olan Petrosyan ”sensassion" kəşflər haqqında dünyaya car çəkir. Sponsorlarının etimadını qazanmaq üçün gördüyü işlərin əhəmiyyətini şişirdir". T.Əliyev dedi ki, ermənilər “Arutunryan ailəsi” (ABŞ), “Şuşa” fondu, “qan Poqosyan və oğlanları” fondu və digər zəngin sponsorlardan maliyə dəstəyi alırlar: “Petrosyan qeyd edir ki, Sovet dövründə erməni alimlərinə Qarabağ ərazisində təhqiqat aparmağa icazə verilməyib. Guya o, Ərsakm xaçkarları (haça şəkilli daşları) ilə bağlı dissertasiya mövzusu götürmək istəsə də, elmi rəhbəri akademik Babken Arakelyan onu fikrindən çəkindirib ki, bu yolla elmi karyera əldə edə bilməyəcəksən, çünki azərbaycanlılar səni Qarabağa buraxmayacaqlar. Babken Arakelyanın həyatda olmadığı üçün onun adın dan çox şey danışmaq olar”. Müsahibimiz qeyd etdi ki, Qarabağda alman arxeoloqlar Resler, Qummel, rus arxeoloqları İvanovski, Meşşaninov, Iyessen, azərbaycanlı arxeoloqlar Cəfərzadə, İdeal Nərimanov, Göyüşov, Cəfərov kimi tədqiqatçılarla yanaşı, XX əsrin 20-30-cu illərində Ter-Avetisyan, 40-cı illərində Taşçyan, 50-60-cı illərində Kuşnareva, 70-80-ci illərində Danielyan Dağlıq Qarabağda ardıcıl arxeoloji qazıntı işləri aparıb, ekspedisiya və dəstə rəhbərləri olublar: “Bu, Petrosyanın iddialarının əsassız olduğuna sübutdur. Dağlıq Qarabağın vilayət mərkəzi olan Xankəndində fəaliyyət göstərən Mədəniyyət şöbəsinin müdiri və bütün əməkdaşları erməni əsilli vətəndaşlar idi. Onlar özləri vilayətin ərazisindəki tarixi-memarlıq abidələri haqqında məlumat toplayır və qeydiyyata alması üçün Azərbaycanın Mədəniyyət Nazirliyinə göndərirdilər. Bunu Azərbaycan SSR Nazirlər Sovetinin qərarları ilə (2 aprel 1968-ci il tarixli 140 saylı qərar) təsdiq edilən və dövlət tərəfindən mühafizə olunan mədəniyyət abidələrinin siyahılarından da görmək olar”. Müsahibimiz bildirdi ki, ermənilər daha çox Qafqaz Albaniyasına aid xristian abidələrini erməniləşdirməyə səy göstərirlər: “Petrosyanın məntiqinə görə, harada xaçkar varsa, orada erməni yaşayış məskəni olub. Görünür, onun Qobustanda mezolit və tunc dövrlərinə aid xaç işarəli daşlardan xəbəri yoxdur. Petrosyan Ermənistan əhalisini və Qarabağın sadəlövh erməni sakinlərinin milli ruhunu daim tarıma çəkir. Şuşa və onun ətrafında ilk dəfə olaraq tunc dövrünə aid kurqanlar aşkar edilib. Sadəlövh erməni camaatı haradan bilsin ki, hələ 117 il bundan əvvəl Şuşa real məktəbinin müəllimi, milliyyətcə alman olan Emil Resler həmin abidələrdə tədqiqatlar aparıb, əsərlər yazıb. Erməni “tədqiqatçıları” hətta paleolit düşərgəsi olan Azıx mağarasını da yeni aşkar olunmuş bir abidə kimi təqdim etməyə çalışırlar. Azıxda qazıntılar 1960-cı ildə görkəmli Azərbaycan alimi Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən başlanıb, 25 ilə qədər davam edib. 2008-ci ilin iyununda Azıxdan Qafqazın ilk sakinlərindən olan azıxantropa məxsus çənə qalığının tapılmasının 40 ili tamam oldu. Alimlərimizin Azıxda apardıqları qazıntıların nəticələri artıq dünya elmində əsaslı yer tutub. Azıx tapıntıları 1981 -1982-ci illərdə Parisin “İnsan” muzeyində təşkil olunmuş “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Beynəlxalq “İNTAS - 2000" adlı proqram çərçivəsində Avropa ölkələrindən olan 32 paleolitşünas alim Azıx düşərgəsindən tapılan mədəniyyət qalıqlarını tədqiq etdikdən sonra Azərbaycan alimlərinin əldə etdikləri nəticələrlə razılaşdıqlarını bildiriblər. Keçmiş Hadrut rayonunun Bünyadlı kəndi ərazisindəki orta əsr Türk qəbiristanlığındakı qəbirlərin baş daşları sındırılmış, buradakı gümbəzvari türbənin üzərindəki ərəb qrafikalı yazı daş zərbələri ilə zədələyib erməni əlifbasından bir neçə hərf həkk ediblər. Vandallar bu gün də Qarabağın tarix və memarlıq abidələrinin üzərinə xaç işarələri çəkməklə məşğuldular. Azərbaycanın işğal olunmuş rayonlarının diyarşünaslıq muzeylərindən, eləcə də azərbaycanlı evlərindən qarət etdikləri minlərlə qədim xalçanı “erməni xalqının sənət əsəri” adı ilə xarici ölkələrdə satır, Qarabağın yüzlərlə alban xristian abidələrinin üzərinə “erməni” möhürü vururlar, Xocalıdakı müsəlman qəbirstanlığnı və XVI əsrə aid məqbərəni dağıdıb daşlarını Qarqar çayına tökürlər. Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu üzdəniraq erməni alimləri bilməsə də, burada yaşayan erməni camaatı çox gözəl bilir". T.Əliyev ermənilərin Tiqranakert şəhəri ilə bağlı iddialarına da cavab verdi: “Petrosyan dünyaya car çəkib ki, Ağdam şəhərindən 10 km şimalda Tiqranakert şəhəri tapıb. Guya bu şəhər eradan əvvəl I əsrdə Tiqran tərəfindən salınan dörd şəhərdən biridir”. Müsahibimiz bildirdi ki, Petrosyanın “tapdığı” Tiqranakert qalıqları Ağdamın keçmiş Maqsudlu sovetlıyinin ərazisində yerləşən, Qarabağ xanlığının banisi Pənahəli xanın 1751-ci ildə tikdirdiyi Şahbulaq qalasının aşkar görünən qala divarlarıdır: “O, Şahbulaq daşlarının üzərinə xaç işarələri həkk etdirir. Bir məqama diqqət yetirin. II Tiqran öləndən 55 il sonra İsa peyğəmbər doğulub. Xristianlıq isə bundan bir beçə yüz ildən sonra yayılıb. Belə olan halda Fərat sahillərində yaşayan, ömrünün sonlarında Pompey tərəfindən alçaldılaraq işğal etdiyi bütün torpaqlardan məhrum edilən Tiqranın Qarabağda - Albaniyada öz adına şəhər salması və onun qala divarlarının daşları üzərinə xaç işarələri həkk etdirməsi ağla batandırmı? Hələ Ağdamın adını da dəyişib Tiqranakert qoyublar. IX-XII əsr, yaxud XIII-XIV əsr müəlliflərinin əsərlərində Cənubi Qafqazın demək olar ki, bütün şəhərlərinin, qəsəbələrinin, hətta bəzi kəndlərinin adları dönə-dönə çəkildiyi halda, XIII-XIV əsrlərə qədər mövcud və 50 hektar ərazisi olan “Tiqranakertin” bircə dəfə də olsun adı çəkilmir. Petrosyanın məntiqindən belə çıxır ki, buna da biz imkan verməmişik. Absurd iddialardır. Tarixən erməni xalqının başına bəla olmuş, onu zəlil günə qoymuş erməni ideoloqları və tarixçilərinin aşağıdakı suallarıma cavab versinlər. Makedoniyalı İsgəndər Afrikanın şimalında və Asiyada on iki İsgəndəriyyə şəhəri salıb. Niyə bugünkü makedoniyalılar həmin şəhərlərə iddia irəli sürmürlər? Çingiz xan Monqolustan çöllərindən çıxıb Asiya və Avropanın içərilərinə doğru uzanan 10 milyon kvadrat kilometrlik bir ərazidə böyük bir imperiya yaratsa da, bu gün onun varisləri ilkin vətənlərində qərar tutublar. Səmərqənddə dövlət qurandan sonra bütün Kiçik Asiyanı zəbt edən Teymurləng yenə Səmərqəndə qayıdıb orada dəfn olundu. Bəs, erməni tarixşünaslığına görə, Fərat sahillərində tarix səhnəsinə çıxan və “Böyük Ermənistan” yaradan erməni xalqı niyə öz ilkin məkanında qərar tutmayıb, min kilometr uzaqlarda yaşayırlar? Fikir verin. Samvel Petrosyan adlı tədqiqatçı deyir ki, Ermənistan Elmlər Akademiyası onun işinə biganə yanaşır. Ermənistan hökuməti onların iddialarının yalan üzərində qurulduğunu bilirlər. Onlara erməni diasporu maliyyə yardımı göstərir. İlin 15 gün qazıntı, 345 günü təbliğatla məşğul olurlar. Onlar arxeoloji yox, siyasi qazıntı aparırlar". T.Əliyev dedi ki, ermənilər 1828-ci ildə Türkmənçay, 1829-cu ildə Ədirnə sülhü ilə İrandan və Türkiyədən minlərlə erməni ailəsi Qarabağ, İrəvan və Naxçıvana köçürülüb: “Ondan sonra kök atıb burda möhkəmləndilər. Həmin ermənilər Qarabağdakı məliklikləri də özlərininki sayırlar. Hesab edirəm ki, onlar qədim albanların nəslindəndilər. Onların ermənilərlə heç bir əlaqəsi yoxdu. Tanınmış antropoloq alim Burak 1946-cı ildə Tiflisdə dərc olunan ”Qafqaz əhalisinin antropoloji tərkibi" adlı məqaləsində yazıb ki, Ermənistan ermənilərindən fərqli olaraq, indiki Dağlıq Qarabağda yaşayan ermənilər arasında antropoloji yaxınlıq yoxdur. 1979-cu ildə “SSRİ-nin etnik adontologiyası” kitabında qeyd olunur ki, Dağlıq Qarabağ ermənilərin diş quruluşu Ermənistan, Türkiyə və İranda yaşayan ermənilərinkinə yox, azərbaycanlıların, bir qədər ləzgilərin, bir az da adıgeylərin diş quruluşuna uyğundur, yəni Qafqaz əsillidirlər. Bu gün Dağlıq Qarabağdan olan Ermənilər Ermənistanı zəbt ediblər. Ermənistan əhalisi ilə, Qarabağ erməniləri arasında çox fərq var. Onlar arasında siyasi mübarizə həmişə davam edəcək. Bu təbiidir. Onların bir-birini görməyə gözləri yoxdur. Qarabağ ərazisində yaşayan ermənilər olubsa, necə olur, 337-ci ildə Sanatürk Ermənistana yürüş edib, Valarşapedi darmadağın etmişdi. O erməni idisə, niyə gedib Valarşapedi viran qoydu?" Müsahibimiz sonda dedi ki, Qarabağın işğal tarixindən ötən hər gün əleyhimizə işləyir: “1920 il Gümrü müqaviləsinə görə, Ermənistanın ərazisi 10 min kvadratkilometr müəyyən olunmuşdu. Bu rəqəm sovet dönəmində 35 mini keçdi. Azərbaycanın hesabına ərazilərini artırmağı qarşılarına məqsəd qoyublar. Dünyada elə bir dövlət yoxdur ki, qonşularının hamısına qarşı torpaq iddiasında olsun. Türkiyə, Gürcüstan, Azərbaycandan başqa, onların İrana da iddiaları var. Hələ ki, bunu qaldırmırlar. İran bu gün onların yeganə nəfəsliyidir. Təkcə tarixi-arxeoloji abidələrimizin deyil, korifey Azərbaycan bəstəkarlarının, xalq mahnılarımızın, bu gün də sağ olan musiqi əsərlərimizin erməniləşdirilməsi bütün Ermənistanın dövlət siyasətinə çevrilib”. Geri dön |