Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Türk axını”nın dəniz hissəsinin inşasının başlama tarixi bəlli olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > “Türk axını”nın dəniz hissəsinin inşasının başlama tarixi bəlli olub

“Türk axını”nın dəniz hissəsinin inşasının başlama tarixi bəlli olub


“Qazprom” şirkəti “Türk axını”nın dəniz hissəsinin inşasına yaxın aylarda başlamağa planlaşdırır.

Bu barədə “Qazprom” şirkətinin idarə heyətinin üzvü Oleq Aksyutin bildirib.

“Hazırda Rusiya ərazisində qaz nəqliyyat sisteminin genişləndirilməsi üzrə işlərin əsas hissəsi başa çatıb. Yaxın aylarda, ən uzağı cari ilin ikinci yarısında “Türk axını”nın dəniz hissəsinin inşasına başlanılacaq”, deyə O.Aksyutin qeyd edib.

Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur. Müqaviləyə əsasən kəmərin tikintisinin 2019-cu ilin sonunadək yekunlaşacağı nəzərdə tutulub. Layihənin ümumi dəyəri 11,4 mlrd. avrodur.

Geri dön