Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Martda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Martda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.
Departamentdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-10° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın, hətta bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 6-11° isti, bəzi günlərdə 3°-dək isti, gündüzlər 11-16° isti, bəzi günlərdə 19-24°-dək isti təşkil edəcəyi ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-11° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın, hətta bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 3-8° şaxta, bəzi günlərdə 5°-dək isti, gündüzlər 5-10° isti, ayın ikinci və üçüncü ongünlüyünün bəzi günlərində 18-23°-dək isti təşkil edəcəyi ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-8° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və hətta bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 2-7° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 17-22°-dək isti təşkil edəcəyi ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm) olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-12° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və hətta bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 4-9° isti, bəzi günlərdə 0-3° şaxta, gündüzlər 10-15° isti, bəzi günlərdə 19-24°-dək isti təşkil edəcəyi ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm) olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 6-10° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və hətta bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 3-8° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 19-24°-dək isti təşkil edəcəyi ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm) olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-12° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və hətta bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 6-11° isti, bəzi günlərdə 0-3° şaxta, gündüzlər 11-16° isti, bəzi günlərdə 22-27°-dək isti təşkil edəcəyi ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 7-11° isti təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və hətta bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 5-10° isti, bəzi günlərdə 0-3° isti, gündüzlər 11-16° isti, bəzi günlərdə 21-26°-dək isti təşkil edəcəyi ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı gözlənilir. Geri dön |