Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanda qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi zərurəti günbəgün artır
Azərbaycanda qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi zərurəti günbəgün artır |
Azərbaycanda qeyri-neft sektorunun, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurəti günbəgün artır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu sözləri Bakıda “Avropa İttifaqının Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutlarına dair qabaqcıl təcrübəsi” mövzusunda keçirilən 2 günlük TAIEX seminarında Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru vəzifəsini icra edən Namiq Tağıyev deyib. Onun sözlərinə görə, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarlarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib. N.Tağıyev qeyd edib ki, bu islahatların məntiqi davamı olaraq ölkə başçısı 2017-ci il fevralın 10-da “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Komitə rəsmisi seminarın əhəmiyyətindən, həmçinin milli keyfiyyət infrastrukturu sisteminin Avropa tələblərinə uyğunlaşdırılması istiqamətində rolundan danışıb. Bolqarıstan Standartlaşdırma İnstitutunun direktoru xanım İren Dabijeva Azərbaycanla ölkəsi arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qurulmuş əməkdaşlıq əlaqələrindən söz açıb. O, keyfiyyət infrastrukturu sahəsində, xüsusən standartlaşdırma, sertifikatlaşdırma, uyğunluğun qiymətləndirilməsi sahələri və texniki maneələrin aradan qaldırılması istiqamətində zəruri olan fəaliyyətin bundan sonra da davam edəcəyinə əminliyini bildirib. Sonra mövzu ilə bağlı məruzələr dinlənilib, bir sıra aktual məsələlərlə bağlı məruzələr dinlənilib. Seminarda dövlət qurumlarının nümayəndələri, xarici qonaqlar və yerli sahibkarlar iştirak edib. Geri dön |