Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yazıçılar Birliyinində Paşa Qəlbinur üçün yubiley tədbiri keçirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Yazıçılar Birliyinində Paşa Qəlbinur üçün yubiley tədbiri keçirildi

Yazıçılar Birliyinində Paşa Qəlbinur üçün yubiley tədbiri keçirildi


Aprelin 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair,dünya şöhrətli göz alimi və DAK həmsədri Prof. Paşa Qəlbinurun anadan olmasının 60 illiyinə həsr edilmiş tədbir keçirilmişdi.
Tədbiri giriş sözu ilə Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə açaraq Prof. Paşa Qəlbinurun anadan olmasının 60 illiyi təbrik edərək onun ədəbi yaradıcılıqları haqda bildirilmişdir ki, ədəbi fəaliyyətə 1978-ci ildə “Ulduz” jurnalında çap etdirdiyi “Xal”, “Mən ilhamı gözlərimlə görmüşəm” şeirləri ilə başlamış P.Qəlbinurun ”Ay bir əlçim buluddur” adlı ilk kitabı 1984-cü ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmışdır. “Payız məktubu”, “İtmiş həsrət kimi”, “Rəngli göz yaşları”, “Ağlıma gələnlər başıma gəldi” və s. kitabları ilə yanaşı, şairin həm də həkim kimi araşdırmalarından, və elmi yaradıcılığından söhbət açılmışdır.Sonra İlk sözü MDHP sədri,Millət vəkili Fərəc Quliyevə vermişdir Fərəc bəy çıxışı zamanı yublyaraı təbrik edərək bildirdi ki,mən Paşa Qəlbinur haqında geniş danışa bilərəm ona görə ki, o həm mənim Tibb univesitetində müəlimim olub həmdə uzun illərdən bəri mən onun elmi və ədəbi fəaliyyətini yaxınadan izləmişəm.Onun yaradıcılığı bütün ziyalılar tərəfindən hər zaman yüksək qimətləndirilib.Bu yaxınalrda onun yeni işıq üzü görmüş “Qara su” və “Göz dağı” romanı həm məzmun cəhətdən günümüzün aktualığını özündə əks etdirir həmdə Qara su sözünün genetik bir kod daşıyıcısı olduğu ortaya çıxır Qar su göz xəstəliyi bizim millətdə genetiki olduğu kimi İskandanavi ölkələrindədə genetiki xəstəlikdir belə olan halda türklər bəzilərinin dediyi kimi bu torpaqlara hardansa gəlmə deyilər əksinə buradan başqa yerlərə yayılıblar.Paşa Qlbinurun bütn yaradıcılığında özünə məxsus yeniliklər hərzaman olub.O yaxşı inasan olmaqla yanaşı vətəninə və millətinə hərzaman səadaqətini öz əmələrində göstərib.Mən paşa məllimə uzun ömür və bütün yaradıcılığnda uğurlar arzulayıram.Tədbir zamanı şair Əjdərol,Abbas Abdulla,Zakir Ağdamlı,Babək Xalistürk,Oktay Rza,şairə Mahirə və çoxlu sayda tanınmış şair və ədəbiyatçılar Paşa Qəlbinurun həyat və yaradıçılarından danışaraq şeirlərindən nümunələr səsləndirilmişlər, yeni çapdan çıxmış “Qara su” və “Göz dağı” romanlarının təqdimatı olmuşdur.
Sonda MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli Güney Azərbaycanlılar adından P.Qəlbinuru təbrik edərək bildirmişdir ki,biz Güney Azərbaycanda öz andilimizi və ədəbiyatımızın qorunub saxlanması üçün uzun illərdəmn bəri Quzey Azərbaycan radio və televiziyasından qidalanmışıq ona görəki İran rejimi 35 milyondan artıq Azərbaycan Türkünün öz anadilində təsilinə,ədəbiyyatına və mədəniyətinin inkişafına açıq şəkildə qadağa qoyub.Mən ilk dəfə Paşa Qlbinirun və baqa şairlərimizin şerlərilə 1980-ci illərdə Araz radiosunda tanış olmuşam amma heç inana bilməzdim ki bir gün sovet birliyi dağılacaq və mən gələib bakıda uzun müddət Paşa Qlbinurun həmsədr olduğu Dünya Azərbaycanlıları Konqresində mətbuat xidmətinin rəhbəri olacağam Paşa məllim indiyə qədər bəlkədə 200 nəfərdən artıq Güneylinin gözlərini təmənasız müalicə edib və tibb universitetində təhsil alan Güneyli tələbələrin problenləriniə hərzaman yardım edib mən öz adımdan və Güney Azərbaycan Türkləri adından Prof.Paşa Qlbinura cansağlığı və uzun ömür arzulayıram.
Tədbirn sonunda P.Qəlbinur tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Geri dön