Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SÖYLƏ, ŞAMAN...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > SÖYLƏ, ŞAMAN...

SÖYLƏ, ŞAMAN...


Sən, ey yerdən, sən, ey göydən
Xəbər verən Ulu Şaman,
Söylə mənə, xəbər varmı,
Qutlu Ruhdan, Göy Tanrıdan?...

Söylə, Şaman, xəbər varmı,
Turan eldən, Savalandan,
Təbrizimdən, Tehranımdan,
Xəbər varmı, Ağrı dağdan?...

Xəbər varmı, Doğu eldən,
Batı eldən, o dünyadan,
Bu dünyadan, xəbər varmı,
Qılqamışdan, Oğuz Xandan?...

Söylə, Şaman, dastanımdan,
Qavalımdan, qopuzumdan,
Qılıncımdan, qalxanımdan,
Xəbər varmı, toppuzumdan?...

Novruzumdan, bayramımdan,
Adətimdən, heç bir zaman
Pozulmayan, həp yaşayan
Törəmdən, söylə, Şaman...

Söylə, Şaman, nədən səndən
Soruşuram, keçmişimi
Taleyimi, çün sən, mənim
Yaşatmısan tariximi, kimliyimi...

Bu gün sənə mən soruram,
Özəyimi, Türklüyümü,
Minillərdir səninləyəm,
Səndə tapmışam özümü...

Söylə, Şaman, Elşən sənə
Daha nələr sorsun, denən.
“Bütöv Azərbaycan” denən
Al bayraqlı Turan eldən?...

26 fevral 2017

Geri dön