Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Muzeyin nadir incilərindən
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Muzeyin nadir incilərindən

Muzeyin nadir incilərindən


Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid Azərbaycan xanımlarına məxsus çoxçeşidli baş bəzəkləri mühafizə olunur. Muzeydən verilən məlumata görə, bir-birindən hazırlanma texnikası, forma və dekoru ilə fərqlənən baş bəzəkləri xüsusi zövq ilə tərtib olunub. Dini və dekorativ funksiyalarla yanaşı, baş bəzəkləri xanımın yaşı, sosial statusu, regionu və s. haqqında da məlumat verir.

Fondda mühafizə olunan "Alınlıq" baş bəzəyi 1930-cu illərdə Muzeyə hədiyyə olunub. XIX əsr Gəncə sənətkarlarına məxsus gümüş baş bəzəyi döymə və şəbəkə texnikası ilə hazırlanıb. Nəbati naxışlarla bərabər baş bəzəyindəki medalyonun üzərində məhəbbət simvolu olan qoşa quş təsviri də var.

Geri dön