Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünya bankları 2007-2008-ci illər böhranından sonra 321 mlrd. dollar cərimə sanksiyası ödəyiblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Dünya bankları 2007-2008-ci illər böhranından sonra 321 mlrd. dollar cərimə sanksiyası ödəyiblər

Dünya bankları 2007-2008-ci illər böhranından sonra 321 mlrd. dollar cərimə sanksiyası ödəyiblər


Dünya bankları 2007-2008-ci illər böhranından sonra 2016-cı ilə qədər 321 milyard dollar məbləğində cərimə sanksiyası ödəməli olublar.
Bu barədə Amerikanın "Boston Consulting Group" (BCG) şirkətinin hesabatında bildirilir.
Qeyd olunur ki, 2011-ci ildən bankların müşahidə və əməl etməli olduqları normaların sayında əhəmiyyətli dərəcədə artım baş verdi. Beləliklə, 2011-ci ildən belə normaların sayı bütün dünya üzrə üç dəfə artdı və bu normalarda gündəlik orta hesabla təqribən 200 dəyişiklik ortaya çıxdı. Bununla belə, tənzimləyicilər dayanmaq və normalara əməl olunması öhdəliklərinin sayını azaltmaq niyyətində deyillər.
"Tənzimləmə sahəsində dəyişikliklər dalğası artmaqda davam edir və bu, bankların fəaliyyətinin strateji və operativ planlaşdırılmasına güclü təsir göstərir. Tənzimləmə problemlərinin həlli prioritet istiqamət olaraq qalmalıdır, əks təqdirdə banklar təşkilatın ölçü və ya istiqamətindən asılı olmayaraq xərclərin əhəmiyyətli təsiri altında qalma riski ilə üzləşə bilərlər", — deyə hesabatın həmmüəlliflərindən biri olan Gerold Grasshoff bildirib.
Banklar tənzimləyicilər və əməl etməli olduqları normativ mexanizmlərin daimi artımından gələn təzyiqləri yumşaltmaq üçün öz fəaliyyətlərini təkmilləşdirməli və səmərəliliyini artırmalı, həmçinin texniki innovasiyalardan istifadə etməlidirlər. Belə qərarlar əksər banklara 2020-ci ildən sonra uğurla fəaliyyət göstərmək imkanı verəcək.
BCG öz tədqiqatında bütün dünya üzrə bank aktivlərinin təqribən 80 faizini təşkil edən 300-dən çox pərakəndə, kommersiya və investisiya bankının məlumatlarından istifadə edib.

Geri dön